Valyuta məzənnəsi:
23:15 Vlahoviç "Beşiktaş"da  |     21:55 UEFA Çempionlar Liqası: "Sabah" pley-off mərhələsinə yüksəlib  |     16:15 21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)  |     15:05 "Sabah" - "Orhus" oyununa bütün biletlər satıldı  |     14:35 Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)  |     14:04 "Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb  |     12:15 Messidən gözlənilməz qərar  |     11:50 Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)  |     09:53 Məşhur türk serialı final edir  |     09:35 Rəqsanənin konsert geyimi müzakirə yaratdı - (Video)  |     21:20 Misli Premyer Liqasında yeni mövsümün ilk turunun təqvimi açıqlanıb  |     16:55 Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)  |     15:23 "Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)  |     15:15 Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)  |     12:55 “Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar - FOTO  |     12:15 Messi KİV-i məhkəməyə verəcək  |     11:50 "Trabzonspor" daha bir dünya ulduzunu transfer edir  |     11:20 İkardidən sevgilisinə romantik jest - (Foto)  |     11:10 Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib  |     10:33 Həbib illər sonra Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini açıqladı  |    
CityNews.az » Əsas » ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu

Əsas / Son xəbərlər / Dünya

ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu


ABŞ Senatı Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini təsdiqləyib.

Milli.Az xəbər verir ki, "The Guardian"a istinadən xəbər verilir ki, senatda keçirilən səsvermədə Kleytonun namizədliyi 51 senator tərəfindən dəstəklənib, 47 senator isə əleyhinə səs verib. Səsvermə əsasən partiya xətti üzrə keçib. Bütün respublikaçı senatorlar Kleytonu dəstəkləyib, demokratlar isə onun namizədliyinə qarşı çıxıblar.

Beləliklə, ABŞ Prezidenti Donald Tramp ölkənin kəşfiyyat aparatına rəhbərlik edən əsas vəzifələrdən birinə daha bir yaxın müttəfiqini təyin etmiş olub.

Hazırda Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ prokuroru vəzifəsində çalışan Cey Kleyton bu ilin iyun ayından Milli Kəşfiyyat direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Bill Pulteni əvəz edəcək.

Qeyd edək ki, Kleyton Donald Trampın ilk prezidentliyi dövründə ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) rəhbərlik edib. Trampın ilk Milli Kəşfiyyat direktoru Tulsi Qabbard isə bu ilin əvvəlində vəzifəsindən istefa verib.