Valyuta məzənnəsi:
23:15 Vlahoviç "Beşiktaş"da  |     21:55 UEFA Çempionlar Liqası: "Sabah" pley-off mərhələsinə yüksəlib  |     16:15 21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)  |     15:05 "Sabah" - "Orhus" oyununa bütün biletlər satıldı  |     14:35 Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)  |     14:04 "Karvan-Yevlax" İbrahim Əliyevi heyətinə qatıb  |     12:15 Messidən gözlənilməz qərar  |     11:50 Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)  |     09:53 Məşhur türk serialı final edir  |     09:35 Rəqsanənin konsert geyimi müzakirə yaratdı - (Video)  |     21:20 Misli Premyer Liqasında yeni mövsümün ilk turunun təqvimi açıqlanıb  |     16:55 Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)  |     15:23 "Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)  |     15:15 Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)  |     12:55 “Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar - FOTO  |     12:15 Messi KİV-i məhkəməyə verəcək  |     11:50 "Trabzonspor" daha bir dünya ulduzunu transfer edir  |     11:20 İkardidən sevgilisinə romantik jest - (Foto)  |     11:10 Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib  |     10:33 Həbib illər sonra Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini açıqladı  |    
CityNews.az » Əsas » BMW 2028-ci ilədək 8 min iş yerini ixtisar edəcək

Əsas / Son xəbərlər / Dünya / Maraqlı

BMW 2028-ci ilədək 8 min iş yerini ixtisar edəcək


BMW əsas bazarlarından biri olan Çində satışların əhəmiyyətli dərəcədə azalması fonunda genişmiqyaslı ixtisar planı hazırlayıb.

Citynews.Az xəbər verir ki, "The Wall Street" Journalın yaydığı məlumata əsasən, avtomobil istehsalçısı 2028-ci ilədək 8 min əməkdaşını işdən çıxarmağı planlaşdırır.

Məlumata görə, cari ilin ikinci rübündə BMW-nin Çindəki satışları ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz geriləyib. İxtisarların əsas hissəsi Almaniyada çalışan əməkdaşlara şamil olunacaq.

Şirkət inzibati və elmi-tədqiqat sahələrində çalışan işçilər üçün könüllü işdənçıxarma proqramının təsdiqləndiyini açıqlayıb. Bildirilib ki, proqram oktyabr ayında başlayacaq və gələn ilin sonunadək davam edəcək. İstehsalat müəssisələrində çalışan fəhlələr isə bu prosesə cəlb edilməyəcək.

Hazırda BMW şirkətində ümumilikdə təxminən 160 min nəfər çalışır.

Qeyd olunur ki, BMW bu addımı atan yeganə Almaniya avtomobil istehsalçısı deyil. Daha əvvəl Porsche ötən il ixtisar edilən 3,9 min nəfərə əlavə olaraq daha 5 min əməkdaşın işdən çıxarılacağını açıqlamışdı. Volkswagen isə 100 min iş yerinin ixtisarını nəzərdə tutan plan üzərində işləyir.

Məlumata əsasən, hər üç avtomobil istehsalçısı Çində satışların zəifləməsi fonunda xərcləri azaltmaq və fəaliyyətini daha səmərəli təşkil etmək məqsədilə işçi sayını optimallaşdırmağa çalışır.