Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » Messi atasının dəfn mərasimində ailəsi ilə birlikdə - (Video)

Əsas / Son xəbərlər / İdman

Messi atasının dəfn mərasimində ailəsi ilə birlikdə - (Video)


"İnter Mayami"nin argentinalı ulduzu Lionel Messi atası Xorxe Messinin dəfn mərasimində ailə üzvləri ilə birlikdə iştirak edib.

Citynews.Az xarici mətbuata istinadən xəbər verir ki, dəfn mərasimi Argentinanın Rosario şəhəri yaxınlığında yerləşən El-Prado qəbiristanlığında keçirilib. Mərasim yalnız yaxınların iştirakı ilə baş tutub və əraziyə gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib.

Lionel Messi bir gün əvvəl həyat yoldaşı Antonela Rokuzzo və övladları ilə birlikdə Rosariyoya gedib. Dəfn mərasimində onunla yanaşı anası Seliya Kuççittini, qardaşları Matias və Rodriqo, bacısı Mariya Sol da iştirak ediblər.

Futbolçunun gəlişi azarkeşlərin də diqqətindən yayınmayıb. Həm hava limanında, həm də qəbiristanlığın qarşısında toplaşan tərəfdarlar Lionel Messiyə dəstək və başsağlığı mesajları ünvanlayıblar.

Qeyd edək ki, Xorxe Messi avqustun 8-də uzun sürən xəstəlikdən sonra 68 yaşında Rosariyodakı xəstəxanada dünyasını dəyişib. O, Lionel Messinin peşəkar karyerası boyunca onun agenti kimi fəaliyyət göstərib.


Xorxe Messinin səhhətində problemlərin olduğu barədə məlumatlar 2026-cı il dünya çempionatı zamanı yayılmışdı. İyunda Argentina millisinin Əlcəzairlə keçirdiyi ilk oyundan sonra Lionel Messi göz yaşlarını saxlaya bilməmiş və həmin günlərin onun üçün çətin keçdiyini bildirmişdi. Ailəsi isə həmin vaxt Xorxe Messinin həkim nəzarətində müalicə aldığını açıqlamışdı.