Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » Həbib illər sonra Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini açıqladı

Əsas / Son xəbərlər / Maraqlı / İdman

Həbib illər sonra Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini açıqladı


Əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədov 2018-ci ildə Konor Makqreqorla qarşılaşmasından əvvəl yaşananlarla bağlı maraqlı açıqlama verib.

Citynews.Az xəbər verir ki, dağıstanlı idmançı bu barədə Sport24.ru-ya danışıb.

Xatırladaq ki, 2018-ci ildə UFC-nin yüngül çəki üzrə titul qarşılaşmasında Həbib Nurməhəmmədov Konor Makqreqora dördüncü raundda boğucu fəndlə qalib gəlib. Döyüşə qədər irlandiyalı rəqibinin ailəsi və dini ilə bağlı təhqiramiz ifadələr işlədib.

Həbib Nurməhəmmədov isə həmin sözlərə cavab verməməyi şüurlu şəkildə seçdiyini bildirib. Onun sözlərinə görə, qarşı tərəflə eyni üslubda danışmaq və təhqirlərə təhqirlə cavab vermək düzgün olmazdı.

Döyüşçü qeyd edib ki, Konor Makqreqor sözlərlə rəqibi təhrik etməkdə ondan daha yaxşı idi. Lakin o, irlandiyalının səviyyəsinə enmək istəməyib.

Nurməhəmmədov bildirib ki, həmin vaxt qardaşlarına qəfəsin içində əsl kimliyini və gücünü göstərəcəyini deyib. Onun fikrincə, rəqibə ən yaxşı cavab sözlərlə deyil, məhz döyüşdə verilən nəticə idi.

Həbib Nurməhəmmədov bu fikirləri ABŞ-nin Nyu-Cersi ştatında azarkeşlərlə görüşü zamanı səsləndirib.