Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » "Trabzonspor" daha bir dünya ulduzunu transfer edir

Əsas / Son xəbərlər / İdman

"Trabzonspor" daha bir dünya ulduzunu transfer edir


Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Darvin Nunyes karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Citynews.Az xəbər verir ki, Türkiyə mediasında yayılan məlumata görə, "Trabzonspor" 27 yaşlı uruqvaylı futbolçu ilə aparılan danışıqlarda müsbət nəticəyə nail olub və tərəflər arasında prinsipial razılıq əldə edilib.

Darvin Nunyeslə bağlı transfer iddiaları bununla məhdudlaşmır. Daha əvvəl İtaliyanın iki klubunun futbolçunun xidmətində maraqlı olduğu bildirilmişdi. İngiltərə təmsilçiləri "Nyukasl Yunayted" və "Çelsi"nin də uruqvaylı hücumçunun transfer variantını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.

27 yaşlı forvard ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 24 matçda meydana çıxıb. Bu qarşılaşmalarda Darvin Nunyes 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Trabzonspor" daha əvvəl Məhəmməd Salahla ikiillik müqavilə imzalayıb. Razılaşmaya əsasən, futbolçunun hər mövsüm 17 milyon avro gəlir əldə edəcəyi, bunun 10 milyon avrosunun zəmanətli maaş, 7 milyon avrosunun isə imza bonusu olacağı bildirilib.