Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » "Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)

Əsas / Son xəbərlər / Maqazin / Maraqlı

"Ali Rza bəy"i 16 il sonra o evdə - (Video)


Türkiyə televiziyasının yadda qalan seriallarından olan "Yaprak Dökümü" ilə bağlı nostalji anlar yaşanıb.

Citynews.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, serialda Ali Rıza Bey obrazını canlandıran Halil Ergün çəkilişlərin aparıldığı malikanəni 16 il sonra yenidən ziyarət edib. Aktyoru bu səfərdə fotoqraf və kontent istehsalçısı Murad Salahlı müşayiət edib.

İllər sonra baş tutan görüş və malikanədən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Kadrların paylaşılmasından sonra serialın məşhur səhnələri və Ali Rıza Bey obrazı yenidən gündəmə gəlib.

Serialda Tekin ailəsinin yaşadığı məkan kimi təqdim olunan taxta malikanə "Yaprak Dökümü"nün ən çox xatırlanan çəkiliş ünvanlarından biri olub.

Murad Salahlı bildirib ki, ziyarət zamanı Halil Ergün serialın çəkiliş illəri ilə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, görüş həm duyğusal, həm də xoş anlarla yadda qalıb.


Salahlı qeyd edib ki, həmin məkana illər sonra qayıtmaq keçmişin xatirələrini yenidən canlandırıb. Aktyorun danışdıqları sayəsində Ali Rıza Tekin obrazı və serialın çəkiliş dövrü bir daha yada düşüb.

Halil Ergünün 16 ildən sonra "Yaprak Dökümü" atmosferinə qayıtması serialın pərəstişkarları üçün də xüsusi nostalji yaşadıb. Ekran işi illər keçməsinə baxmayaraq, aktyorları, süjeti və çəkiliş məkanları ilə tamaşaçıların yaddaşında qalmaqda davam edir.