Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » Çin buna görə sürətlə inkişaf edib - (Video)

Əsas / Son xəbərlər / Texnologiya / Maraqlı

Çin buna görə sürətlə inkişaf edib - (Video)


Çində insanların təhsilə verdiyi önəmi əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Citynews.Az xəbər verir ki, kadrlarda insanların zaman və məkandan asılı olmayaraq dərslərinə və mütaliəyə vaxt ayırdıqları görünür. Xüsusilə şagirdlərin ictimai nəqliyyatda belə dərsləri ilə məşğul olması diqqət çəkib.

Metro və digər nəqliyyat vasitələrində yola sərf olunan vaxtı təhsil üçün dəyərləndirən şagirdlərin görüntüləri istifadəçilərin marağına səbəb olub. Onların avtobusda və ya qatarda tapşırıqlarını həll etməsi, kitab oxuması və dərs çalışması sosial şəbəkələrdə paylaşılaraq geniş yayılıb.

Paylaşımı edənlər bu görüntüləri Çində təhsilə və elmə verilən önəmin nümunəsi kimi təqdim ediblər. Bəzi istifadəçilər isə "Təhsil prioritet olduqda nəticə də belə olur" fikrini səsləndirərək görüntülərin üzərində müzakirələr aparıblar.


Sözügedən kadrlar sosial şəbəkələrdə çoxsaylı şərh və reaksiyalara səbəb olub.