Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Əsas » Azərbaycan və Ermənistan xarici işlər nazirləri daha bir görüş təşkil etmək barədə razılığa gəliblər

Əsas / Siyasət

Azərbaycan və Ermənistan xarici işlər nazirləri daha bir görüş təşkil etmək barədə razılığa gəliblər


“Birləşmiş Ştatlar Cənubi Qafqazda dinc gələcəyin təmininə kömək üçün tərəflərlə çox fəal işləyir”.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.

Onun sözlərinə görə, bundan əvvəl Vaşinqtonda dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələri ilə iki üçtərəfli görüş keçirilib. Həmçinin tərəflərlə telefon əlaqəsi də davam etdirilir.

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri danışıqları sürətləndirmək, yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər”, - deyə o bildirib.

Prays əlavə edib ki, Birləşmiş Ştatlar tərəflər arasında konstruktiv atmosfer və dialoqun davamına ümid edir.

“Vaşinqton davamlı sülhün təmin edilməsinə və iki dövlət arasında problemlərin həllinə yönəlmiş diplomatik səyləri dəstəkləyir”, - deyə Ağ Ev sözçüsü sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü baş tutub. /Oxu.az/