Valyuta məzənnəsi:
17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |     14:41 “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı  |     13:38 İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər  |     13:26 Nigarın dekolteli geyimi GÖZ OXŞADI - VİDEO  |     13:11 Vüqar Kərəmov azadlığa buraxıldı  |     13:03 Prezident Allahverən İsmayılovu təltif etdi  |     12:08 Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO  |     11:07 0:4 hesabı ilə uduzan yığmamızın futbolçusu: “Qələbə də qazana bilərdik”  |     10:43 Samir Abasov “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək  |     09:56 Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO  |     09:31 “Panathinaikos”da Fatih Terim qərarı  |     20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |    
CityNews.az » Əsas » Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Özbək teatrını mükafatlandırdı

Əsas / Teatr-Rəsm

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Özbək teatrını mükafatlandırdı


Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Özbəkistan Respublikası Səmərqənd vilayətinin Kattaqorgon Şəhər Dram Teatrının yaradıcı heyətinin yolasalma mərasimi keçirilib.


Citynews.Az xəbər verir ki, mərasimdə iştirak edən Mədəniyyət Nazirliyinin teatr sektorunun baş məsləhətçisi Emin Əliyev özbək teatrının direktoru Batır Tuqalova Mədəniyyət naziri Anar Kərimovun imzaladığı “Fəxri Fərman”ı təqdim edib.


Xatırladaq ki, Bakıya bir həftəlik qastrol səfəri çərçivəsində özbək teatrı üç dəfə Akademik Musiqili Teatrın səhnəsində, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda “Qayınana” (M.Şamxalov) komediyasını uğurla təqdim edib.


Azərbaycan tamaşaçılarının rəğbətini qazanan kollektiv bir sıra mədəni və işgüzar görüşlərdə də iştirak edib. Kattaqorgon Şəhər Dram Teatrının yaradıcı heyəti adından teatrın direktoru Batır Tuqalov layihənin təşkilində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.


Qeyd edək ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verən bu layihə çərçivəsində özbək teatrının rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevi və teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovu da xatirə hədiyyəsi ilə mükafatlandırıb. Səfərdən olduqca məmnun olduqlarını vurğulayan qonaqlar bu gün Özbəkistana qayıdıblar.