Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » İngiltərə nəhəngi türk futbolçuya "elçi düşdü"

Əsas / Son xəbərlər / İdman

İngiltərə nəhəngi türk futbolçuya "elçi düşdü"


"Mançester Yunayted" Türkiyə millisinin futbolçusu və "Brayton"un müdafiəçisi Ferdi Kadıoğlu ilə maraqlanır.

Citynews.Az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə klubunun 26 yaşlı futbolçunu transfer etmək variantını dəyərləndirdiyini yazıb.

Məlumata görə, "qırmızı şeytanlar" transfer pəncərəsi bağlanana qədər sol cinah müdafiəçisi mövqeyini gücləndirməyi planlaşdırır. Klub rəhbərliyinin bu istiqamətdə yekun qərarı yaxın saatlarda verməsi gözlənilir.

Ferdi Kadıoğlu 2024-cü ildə təxminən 25 milyon funt sterlinq qarşılığında "Fənərbağça"dan "Brayton"a transfer olunub. İlk mövsümündə zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan futbolçu ötən mövsüm çoxfunksiyalılığı ilə seçilib.


Türkiyə millisinin üzvü müdafiənin hər iki cinahında, eləcə də vinger və yarımmüdafiəçi mövqelərində oynaya bilir.

Qeyd edək ki, Kadıoğlu bu mövsüm "Brayton"un ilk matçında zədə səbəbindən iştirak etməyib. O, son turda isə "Çelsi"yə 3:4 hesabı ilə məğlub olduqları qarşılaşmada start heyətində yer alıb.