Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

Əsas / Son xəbərlər / F1 / İdman

Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb


Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq Bakı Şəhər Halqasında yeni tribuna quraşdırılıb.

Citynews.Az xəbər verir ki, "City" adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək.

Yeni tribunanın istifadəyə verilməsi ilə Bakı Şəhər Halqasında tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.

Yerli və xarici azarkeşlərin Azərbaycan Qran-Prisinə ildən-ilə artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.

Qeyd edək ki, 2025-ci ildə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox iştirak qeydə alınıb.

Hazırda Bakı Şəhər Halqasında 2026-cı il Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar tribunaların quraşdırılması üzrə işlər son mərhələdədir.

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 24-26 sentyabr tarixlərində keçiriləcək.