Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » Kiprdə batan gəminin fəlakətdən 1 gün əvvəlki görüntüsü: Sərnişinlərin qışqırıqları eşidilir - (Video)

Əsas / Son xəbərlər / Dünya / Hadisə

Kiprdə batan gəminin fəlakətdən 1 gün əvvəlki görüntüsü: Sərnişinlərin qışqırıqları eşidilir - (Video)


Şimali Kipr Türk Respublikasının Girnə limanından Mersinin Taşucu limanına yola düşən və Aralıq dənizində batan "FiloJet" adlı katamaran tipli sərnişin gəmisinin qəzadan bir gün əvvəl çəkilmiş görüntüləri üzə çıxıb.

Citynews.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərnişinlərdən birinin mobil telefonu ilə lentə aldığı bildirilən kadrlarda gəminin əlverişsiz hava şəraitində hərəkəti əks olunub.

Yağışlı və fırtınalı havada çəkilən videoda nəhəng dalğaların arasında irəliləyən gəminin yüksək sürətlə hərəkət etdiyi görünür. Sərnişinlərin qorxu içində qışqırması isə səfərin nə qədər gərgin keçdiyini nümayiş etdirir.

Hadisədən sonra məlum olub ki, "FiloJet" Girnə limanından ayrıldıqdan az sonra burnundan su almağa başlayıb. Ekipaj gəmini limana geri qaytarmağa çalışsa da, gəmi Girnə sahilləri yaxınlığında aşıb.

Qəza nəticəsində 8 nəfərin öldüyü, 241 sərnişinin isə xilas edildiyi bildirilir. Daha 20 nəfərin itkin düşdüyü və onların axtarışlarının davam etdiyi qeyd olunur.


Gəminin qalıqları dənizin təxminən 550 metr dərinliyində aşkarlanıb.

Hazırda itkin düşən sərnişinlərin müəyyənləşdirilməsi və tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.