Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » Mourinyodan sərt qaydalar: Həmin futbolçular matçı buraxacaq

Əsas / Son xəbərlər / İdman

Mourinyodan sərt qaydalar: Həmin futbolçular matçı buraxacaq


"Real Madrid"in baş məşqçisi Joze Mourinyo komandada intizamın gücləndirilməsi məqsədilə futbolçular üçün yeni qaydalar müəyyənləşdirib.

Citynews.Az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı məşqlərə gecikən futbolçular üçün tətbiq olunan pul cərimələrini ləğv edib. Əvvəllər gecikməyə görə oyunçular 100-300 avro arasında cərimələnirdilər.

Joze Mourinyo isə bu üsulun kifayət qədər təsirli olmadığını düşünərək daha sərt tədbirlərə əl atıb. Yeni qaydalara əsasən, məşqə gecikən futbolçu komandanın ümumi hazırlığına qoşula bilməyəcək. O, məşqini fərdi şəkildə idman zalında davam etdirəcək və növbəti qarşılaşmada meydana çıxmayacaq.

Baş məşqçi zədəli futbolçuların bərpa prosesinə də xüsusi nəzarət tətbiq edib. Bundan sonra reabilitasiya məşqlərinin yalnız "Real"ın Valdebebasda yerləşən bazasında keçirilməsi tələb olunur.

Bununla yanaşı, məşqçilər korpusu futbolçuların qidalanmasına nəzarəti də sərtləşdirib. Oyunçular klubun dietoloqları tərəfindən hazırlanmış xüsusi qida proqramına ciddi şəkildə riayət etməlidirlər.