Valyuta məzənnəsi:
22:30 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     17:23 Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)  |     16:53 Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"  |     16:33 Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)  |     15:55 "Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)  |     15:33 Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)  |     15:13 Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib  |     15:00 Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)  |     14:33 Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"  |     14:20 Kəpəz" - "Şamaxı" matçına 10 min bilet satılıb  |     14:05 Acun Ilıcalı gənc qalma sirrini açıqladı  |     13:53 Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     13:04 Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı  |     12:05 Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)  |     11:30 Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”  |     10:53 İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)  |     10:50 “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...  |     10:35 Aleyna Tilki özünə dost axtarır - (Foto)  |     10:20 Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq  |     09:45 Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)  |    
CityNews.az » Əsas » "Times Meydanı"nda bıçaqlı hücum: Polis cinayətkar qadını öldürdü - Anbaan Video

Əsas / Son xəbərlər / Dünya / Kriminal

"Times Meydanı"nda bıçaqlı hücum: Polis cinayətkar qadını öldürdü - Anbaan Video


ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur "Times Meydanı"nda bıçaqlı hücum baş verib.

Citynews.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 49 yaşlı qadın çantasından çıxardığı iki mətbəx bıçağı ilə əvvəlcə metrodan çıxan 68 yaşlı kişiyə, daha sonra isə 32 yaşlı qadına hücum edib.

Hadisə nəticəsində yaralanan hər iki şəxs xəstəxanaya çatdırılıb. 32 yaşlı qadının aldığı xəsarətlərdən həyatını itirdiyi, 68 yaşlı şəxsin isə müalicəsinin davam etdiyi bildirilib.

Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb olunub. Görüntülərdə şübhəlinin polislərin xəbərdarlıqlarına baxmayaraq əlindəki bıçaqları yerə qoymadığı əks olunub.

Polis əməkdaşları əvvəlcə qadına elektroşok cihazı ilə müdaxilə etməyə çalışıblar. Lakin bu cəhd nəticə verməyib. Şübhəlinin polislərin üzərinə doğru irəliləməsindən sonra iki polis əməkdaşı ona atəş açıb.


Güllə yarası alan qadın xəstəxanaya aparılsa da, onun da həyatını itirdiyi açıqlanıb. Beləliklə, hadisə nəticəsində hücum edən şəxs də daxil olmaqla üç nəfər ölüb.

Səlahiyyətli şəxslər ilkin araşdırmalar zamanı hücumun terrorla əlaqəli olduğuna dair hər hansı sübutun aşkarlanmadığını bildiriblər.