Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Əsas » "Qalatasaray"a yox deyən Martinellinin yeni klubu bəlli oldu

Əsas / Son xəbərlər / İdman

"Qalatasaray"a yox deyən Martinellinin yeni klubu bəlli oldu


Braziliya millisinin üzvü Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Citynews.Az xəbər verir ki, 25 yaşlı vinger İngiltərənin "Arsenal" klubundan "Əl-Hilal"a transfer olunub. Futbolçu ilə 4 illik müqavilə imzalanıb.

"Arsenal" bu keçiddən 70 milyon avro gəlir əldə edəcək. Bu məbləğ London klubunun tarixində ən yüksək satış göstəricisi kimi qeydə alınıb. "Topçular"ın bundan əvvəl rekord satışına 2017-ci ildə Aleks Oksleyd-Çemberlen imza atıb. Həmin vaxt futbolçu 38 milyon avroya satılmışdı.

Qabriel Martinelli 2019-cu ilin yayından "Arsenal"ın heyətində çıxış edirdi. O, London təmsilçisinin formasında keçirdiyi 278 oyunda 62 qola və 36 məhsuldar ötürməyə imza atıb.


Braziliyalı futbolçu "Arsenal"la 2020-ci ildə İngiltərə kubokunu qazanıb, 2026-cı ildə isə İngiltərə çempionu olub. Həmçinin həmin il UEFA Çempionlar Liqasının finalında iştirak edib.

Martinelli Braziliya millisində 27 qarşılaşmada meydana çıxıb və 5 qol vurub. O, 2022 və 2026-cı illərdə dünya çempionatlarında iştirak edib. Sonuncu mundialda 1/16 final mərhələsində Yaponiya ilə görüşdə (2:1) Braziliyaya qələbə qazandıran qola imza atıb.