Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Əsas » “Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...

Əsas / Son xəbərlər / Dünya

“Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...


Almaniyanın avtomobil nəhəngi "Volkswagen" konserninin 2030-cu ilə qədər həyata keçirəcəyi transformasiya planı təsdiqlənib.

Citynews.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin Müşahidə Şurası yeni planı yekdilliklə qəbul edib. Qənaət proqramı çərçivəsində qarşıdakı illərdə dünya üzrə təxminən 50 min iş yerinin ixtisar edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, konsernin dörd zavodunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb. Emden, Zvikau, Hannover və Nekkarzülm müəssisələrində 2031-2034-cü illərdən sonra rəqabətqabiliyyətli istehsalın davam etdirilməsinə dair hazırda zəmanət yoxdur.

Şirkət alternativ istifadə imkanlarının müəyyənləşdirilməyəcəyi təqdirdə həmin zavodların bağlanmasının gündəmə gələ biləcəyini açıqlayıb. Müəssisələr üçün uzunmüddətli və dayanıqlı istehsal konsepsiyasının 2027-ci ilin iyunun sonunadək hazırlanması planlaşdırılır.

"Volkswagen" rəhbərliyi hesab edir ki, yeni qənaət proqramı konsernin gələcəkdə rəqabət qabiliyyətini qoruması baxımından vacibdir. Baş icraçı direktor Oliver Blume isə qarşıdakı illərdə şirkətə bir neçə milyard avro həcmində investisiya yatırılacağını bildirib.


Almaniyanın metal sənayesi işçiləri həmkarlar ittifaqı (IG Metall) və konsernin işçi şurası zavodların bağlanması ilə bağlı hələlik rəsmi qərarın qəbul edilmədiyini vurğulayıb.

Qurumların açıqlamasında əsas məqsədin bütün istehsal məntəqələri üçün konkret və uzunmüddətli həll yollarının müəyyənləşdirilməsi olduğu qeyd edilib.