Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Əsas » Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”

Əsas / Son xəbərlər / İdman

Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”


Xorvatiya və dünya futbolunun ulduzu Luka Modriç "Real Madrid"in türkiyəli gənc futbolçusu Arda Güler barədə fikirlərini bölüşüb.

Citynews.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Modriç Arda Gülerin hazırkı səviyyəyə yüksəlməsinin onun üçün təəccüblü olmadığını bildirib. O, Arda ilə iki mövsüm birlikdə oynadığını və futbolçunun hələ 2023-24 mövsümündə, "Real Madrid"dəki ilk ilində böyük potensialının göründüyünü qeyd edib.

"Arda Gülerin bu gün sərgilədiyi seviyyəni gördüyümə təəccüblənmirəm. Onunla iki sezon keçirdim ve 2023-24-dəki ilk sezonunda belə potansialını görə bilmişdiniz. Hər zaman öyrənməyə həvəsli idi, həmişə soruşur ve inkişaf yolları axtarırdı", - deyə Luka Modriç bildirib.

Xorvatiyalı ulduzun sözlərinə görə, Arda Güler dünya səviyyəli futbolçu olmaq və mövqeyinin ən yaxşılarından birinə çevrilmək potensialını artıq nümayiş etdirib.

"Özünün dünya çapında bir oyunçu ola biləcəyini və mövqeyinin ən yaxşılarından biri ola biləcəyini sübut edib. Arda mükəmməl dünyagörüşünə, əla texniki keyfiyyətlərə və təvazökar xarakterə sahibdir. O, daim çox çalışmağa və oyununu inkişaf etdirməyə hazırdır", - deyə Luka Modriç vurğulayıb.


Luka Ardanın oyun zamanı tempə nəzarət edə bildiyini, topla inamlı davrandığını və komanda yoldaşlarına qol vəziyyətləri yaratmaq bacarığının yüksək səviyyədə olduğunu qeyd edib:

"Onun keyfiyyətləri heç vaxt şübhə doğurmayıb. O, matçın tempinə nəzarət edə, topla etibarlı davrana bilir. Şanslar yaratmaq və komanda yoldaşlarını tapmaq bacarığı onu hazırda dünyanın ən yaxşı yarımmüdafiəçilərindən birinə çevirir. Ona böyük heyranlıq duyuram və inkişafını görmək məni çox sevindirir".