Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Son xəbərlər » Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"

Son xəbərlər / Maqazin

Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"


Rəqqasə Rəna Ağamuradova (Renka) qızının məktəbdə yaşadığı hadisə ilə bağlı diqqətçəkən açıqlama verib.

Citynews.Az-ın məlumatına görə, sənətçi bildirib ki, qızı ilə eyni sinifdə oxşar görünüşə malik başqa bir qızın vape çəkərkən görüntüləndiyi və müəllimlərin həmin uşağı onun qızı hesab etdiyi iddia olunub.

Renkanın sözlərinə görə, müəllimlər daha sonra bütün sinfin qarşısında qızının çantasını boşaldıb və onu təhqir ediblər:

"Övladım məktəbə gedir. Orada qızım kimi eynəkli bir qız da oxuyur. Onu sinif yoldaşı ilə "vape" çəkən yerdə görüblər. Müəllimlər də elə biliblər ki, mənim qızımdır. Bütün sinfin içində mənim qızımın çantasını boşaldıblar, təhqir ediblər ki, 'rəqqasənin qızıdır da, "vape" çəkən bu olacaq'. 11 yaşlı uşağa bu sözü demək olar?"

Rəqqasə sonradan hadisənin yanlış anlaşılma olduğunu və "vape" çəkən şəxsin onun qızı olmadığının sübuta yetirildiyini bildirib.

Renka müəllimdən üzr istəməsini tələb etdiyini də qeyd edib. Onun sözlərinə görə, uşağın bütün sinfin qarşısında alçaldıldığını nəzərə alaraq, üzr də eyni şəkildə hamının yanında istənilməli olub:


"Axırda sübut olundu ki, mənim övladım deyil. O müəllimənin başına oyun açdım. Böhtanına görə dedim ki, necə ki, bütün sinfin içində onu alçaltmısan, eləcə də hamının yanında üzr istəməlisən".

Sənətçi açıqlamasının sonunda valideyn kimi narazılığını belə ifadə edib:

"Nə olsun ki, rəqqasəyəm? Elədir, mənim övladım pozğun olmalıdır? Ya mən pozğunam?".