Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Əsas » “Jaguar Land Rover” 4 minə qədər işçini ixtisar edəcək

Əsas / Son xəbərlər / Texnologiya / Dünya

“Jaguar Land Rover” 4 minə qədər işçini ixtisar edəcək


Britaniyanın avtomobil istehsalçısı "Jaguar Land Rover" (JLR) xərcləri azaltmaq məqsədilə növbəti iki il ərzində 4 minədək iş yerini ixtisar etməyi planlaşdırır.

Citynews.Az xəbər verir ki, şirkət artıq maaşlı əməkdaşlar və menecerlər üçün könüllü ixtisar proqramına start verib. Bununla belə, JLR yekun olaraq neçə iş yerinin ləğv ediləcəyini hələ açıqlamayıb.

Şirkət qarşıdakı iki il ərzində ümumilikdə 1,7 milyard funt-sterlinqə qədər qənaət etməyi qarşısına məqsəd qoyub. Bu qərarın avtomobil satışlarında müşahidə olunan zəifləmə, ABŞ tarifləri və Çin avtomobil istehsalçılarının bazarda artan rəqabəti ilə əlaqəli olduğu bildirilir.

Hazırda JLR-nin Böyük Britaniyada təxminən 30 min əməkdaşı çalışır.

Şirkət xərclərin optimallaşdırılması ilə yanaşı, elektrikli avtomobillər istiqamətindəki planlarını da davam etdirir. JLR yaxın zamanda tam elektriklə çalışan "Range Rover" modelini təqdim edib.