Valyuta məzənnəsi:
09:10 Bu gün bu yollar bağlı olacaq  |     00:05 Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib - FOTO  |     21:15 Prezident Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib - FOTO  |     17:56 Vəfadan Ülviyyəyə: "Geyimdən "travma" alıb deyəsən..." - VİDEO  |     16:45 "İstəsəm, sevgilim dünyanı ayağımın altına sərər" - VİDEO  |     15:58 Xalq artisti rejissorları BiABR ETDi: "Onlar "cinayətkardırlar" - VİDEO  |     14:00 Əhmədin qətlə yetirdiyi atası ilə birgə görüntüləri - VİDEO  |     12:20 Qar yağacaq, yollar buz bağlayacaq  |     11:45 Azərbaycanda xanımı və uşağı ölən kişinin danışığı QINANDI - VİDEO  |     10:14 "Azərbaycan xanımları bizə necə dözürlər"  |     09:10 İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib  |     23:50 Bakıda konsert verən Simge: "Ölkəmdəki insanlar xoşbəxt deyil" - VİDEO  |     09:22 Beyons sağalmaz xəstəliyə düçar oldu  |     22:45 AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ KEÇİRİLİR  |     20:10 “Həkimi çağırın, ayaqlarımı kəssin, yaşamaq istəyirəm” - Sabrina  |     20:07 Xəzər dənizində zəlzələ oldu  |     19:25 Keniyanın Baş prokuroru "ASAN xidmət"də  |     19:20 TANINMIŞ MƏŞQÇİ AZƏRBAYCAN ŞAHMATÇILARIYLA İŞLƏYƏCƏK  |     19:15 Dj Tural: "Şəkil çəkilib paylaşmaq üçün, mən onsuz da görürəm çimərlik geyimində" - VİDEO - FOTO  |     18:21 Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib, mübarizəyə ilk olaraq qızlar başlayıb  |    
CityNews.az » Əsas » Şuşa-Xankəndi yolundakı aksiyada son vəziyyətlə bağlı AÇIQLAMA - YENİLƏNİB + CANLI YAYIM/FOTO

Əsas / Cəmiyyət

Şuşa-Xankəndi yolundakı aksiyada son vəziyyətlə bağlı AÇIQLAMA - YENİLƏNİB + CANLI YAYIM/FOTO

Baku TV-nin hərbi müxbiri Fərdin İsazadə Şuşa - Xankəndi yolundakı aksiyada son vəziyyətlə bağlı məlumat verib.

F.İsazadə qeyd edib ki, sülhməramlılar aksiya iştirakçıları ilə heç bir ünsiyyət qurmurlar, aksiya isə qaldığı yerdən dinc bir şəkildə davam edir.

Daha ətraflı süjetdə:

21:23

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

Havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidə qalmaqda qərarlıdırlar.

Baku TV-nin hərbi müxbiri Fərdin İsazadə Laçın yolundakı aksiyada son vəziyyətlə bağlı məlumat verib.

Daha ətraflı süjetdə:

20:42

Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının keçirildiyi əraziyə növbəti dəfə əlavə canlı qüvvə cəlb edib.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidədir.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

20:09

Xankəndi yolunun üzərinə növbəti dəfə Azərbaycan bayraqlarının asılmasına başlanılıb.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

Bayraqlar kran vasitəsilə aksiya iştirakçılarının alqışları ilə asılır.

Aksiyada “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!”, “Ekoloji terrora son!” şüarları səsləndirilir.

Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

19:29

Şuşa-Xankəndi yolunda etiraz aksiyasının iştirakçıları yenidən ərazidə gecələməyə qərar veriblər.

“Report” xəbər verir ki, hava şəraitinin soyuq olmasına baxmayaraq, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

Onlar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

17:54

Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə cəlb ediblər.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidə qalmaqda qərarlıdırlar.

17:07

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əraziyə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri ilə yanaşı, polislər də cəlb edilib.

İştirakçılar polislərin əraziyə gəlişini alqışlarla qarşılayıblar.

Aksiya hazırda “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!” şüarları ilə davam edir.

16:13

Azərbaycanlı fəalların Xankəndi yolunda etiraz aksiyası keçirdiyi ərazidə Rusiya sülhməramlıları çadır qurmağa başlayıblar. 

Oxu.Az xəbər verir ki, bundan başqa, onlar Xankəndiyə gedən yolu iki ədəd yük avtomobili, bir ədəd kranla tamamilə bağlayıblar. 

Eyni zamanda, etirazçıların qarşısında olan sülhməramlıların üzərindəki iriçaplı silahlar, xüsusilə RPQ-7 və pulemyot diqqəti çəkib.

Onu da qeyd edək ki, Şuşa şəhərinin digər istiqamətindəki müşahidələr onu göstərir ki, Xankəndi yolunda heç bir tıxac yoxdur.

14:29

Azərbaycanlı fəalların Xankəndi yolunda etiraz aksiyası keçirdiyi əraziyə Rusiya sülhməramlıları üçün modul tipli yataqxanalar quraşdırılıb. 

Oxu.Az xəbər verir ki, “KamAZ” markalı avtomobillərlə əraziyə gətirilən konteynerlər ərazidə olan kran vasitəsilə yolun hərəkət hissəsinə qoyulub. 

Bu o deməkdir ki, Rusiya sülhməramlıları bu ərazidə uzunmüddətli müşahidə aparmağa hazırlaşırlar.

13:50

Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, artıq yerli media nümayəndələri ilə yanaşı, qardaş Türkiyədən olan jurnalistlər də aksiyanın keçirildiyi əraziyə gəliblər. 

Bundan başqa, qazilər də aksiya iştirakçılarına qoşulublar. 

Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə sərvətimizin talan olunmasına qarşı şüarlar səsləndirirlər.

12:40

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, hazırda aksiya iştirakçılarının sayı artmaqdadır.

Gecə saatlarında idmançılarımızdan ibarət qrup aksiyanın keçirildiyi əraziyə gəliblər. 

Bir neçə dəqiqə əvvəl isə 200 nəfərdən ibarət könüllü qrupu Şuşa-Xankəndi yoluna çatıblar və aksiyaya qoşulublar. 

11:22

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, bu gün səhər saatlarında Xankəndidə separatçı qüvvələrin nümayəndələri iclas keçirərək, bu aksiya ilə bağlı Rusiya sülhməramlılarına məktub ünvanlayıblar. 

Əldə etdiyimiz məlumata görə, Rusiya sülhməramlıları aksiya ilə bağlı qəti qərar veriblər. Onlar aksiyanın gedişatına müdaxilə etməyəcəklərini bildiriblər.

10:17

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, hazırda aksiya iştirakçılarının sayı artmaqdadır və paytaxt Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb.

Aksiya iştirakçıları səsucaldıcılarla “Volkov, cavab ver!”, “Ekoloji terrora son!” şüarlarını səsləndirirlər.

Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Onu da qeyd edək ki, Şuşa-Xankəndi yolunu Rusiya sülhməramlıları bağlayıb. Onlar ZTR və hərbi yük avtomobilləri vasitəsilə həm Laçın istiqamətindən, həm də Xankəndidən gələn yolu bağlayıblar. 

09:53

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, ekofəallar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkova müraciət ünvanlayıblar.

09:00

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, 24 saata yaxın davam edən aksiyada 500-dən çox fəal iştirak edir. 

Etirazçılar Xankəndiyə gedən yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Aksiya iştirakçıları səhər saatlarında “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.