Valyuta məzənnəsi:
14:45 İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)  |     14:10 "Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”  |     13:35 Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     12:30 “Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)  |     11:23 Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)  |     10:53 Murat Bozdan müflis olması xəbərinə reaksiya  |     10:23 “Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır  |     09:33 Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat  |     08:51 Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:30 Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)  |     17:30 Obitus filminin Qala Gecəsi Park Cinemada  |     17:15 Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"  |     17:00 Özcan Deniz Park Cinemaya gəlir!  |     16:36 “Mançester Yunayted”in baş məşqçisi açıqlandı  |     16:33 Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)  |     15:55 Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)  |    
CityNews.az » Mədəniyyət » Kino » CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)

Mədəniyyət / Kino

CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)


Artıq sərnişinlər uçuşlarını gözləyərkən film izləyə biləcəklər.

CineMastercard kinoteatrlar şəbəkəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş zonasında yeni kinoteatrını istifadəyə verib. Şəbəkə üçün yeni olan bu format sərnişinlərə səyahəti film izləməklə birləşdirməyə, uçuşadək vaxtlarını rahat və xoş keçirməyə şərait yaradır.

Kinoteatrda bir ekran fəaliyyət göstərir və sərnişinlər tranzit zonasını tərk etmədən ailə və macəra filmlərinə baxa biləcəklər. Beləliklə, reysi gözləmək və ya transfer zamanı yaranan fasilə səyahətin xoş hissəsinə çevrilə bilər.

"Kinonu səyahətin bir hissəsinə çevirmək istəyimiz tamaşaçılar üçün yeni imkanlar yaradır - onların marşrutunun ən gözlənilməz nöqtələrində belə.  Hava limanı insanların uçuşlarını gözləyərkən xeyli vaxt keçirdikləri bir məkandır. Bu gözləmə müddətini xoş və dolğun istirahətə çevirmək mümkündür", - deyə CineMastercard kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə bildirib.

Qeyd etmək istərdik ki, bütün film nümayişləri sərnişinlər üçün ödənişsiz olacaq.
Kinoteatrın açılması CineMastercard-ın müasir kino nümayişi formatlarının inkişafı və tamaşaçılar üçün yeni təəssüratların yaradılması istiqamətində növbəti addımdır.
İldə təxminən 3,8 milyon yola düşən sərnişinin, 2026-cı ilin ilk səkkiz ayında isə 373 mindən çox transfer sərnişininin istifadə etdiyi bu zonada yeni kinoteatrın yaradılması gözləmə müddətini sadəcə keçirmək deyil, onu səyahətin daha rahat və maraqlı bir hissəsinə çevirmək məqsədi daşıyır.