Valyuta məzənnəsi:
17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |     14:41 “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı  |     13:38 İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər  |     13:26 Nigarın dekolteli geyimi GÖZ OXŞADI - VİDEO  |     13:11 Vüqar Kərəmov azadlığa buraxıldı  |     13:03 Prezident Allahverən İsmayılovu təltif etdi  |     12:08 Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO  |     11:07 0:4 hesabı ilə uduzan yığmamızın futbolçusu: “Qələbə də qazana bilərdik”  |     10:43 Samir Abasov “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək  |     09:56 Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO  |     09:31 “Panathinaikos”da Fatih Terim qərarı  |     20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |    
CityNews.az » Əsas » 23 yaşında rekordlar qıran Mbappe “Qızıl buts” mükafatı aldı

Əsas / İdman

23 yaşında rekordlar qıran Mbappe “Qızıl buts” mükafatı aldı



Xəbər verdiyimiz kimi, dünya çempionatının finalında Argentina Fransanı penaltilər seriyasında məğlub edib.

Həlledici oyunda 3 qol vuran fransızların hücumçusu Kilian Mbappe isə mundialın bombardiri olub.

O, 8 qolla “Qızıl buts” mükafatına layiq görülüb.


Dünya çempionatının finalında Argentinaya uduzan fransızların futbolçusu Kilian Mbappe bir neçə rekord sahibi oldu. “Qafqazinfo” xəbər verir ki, hələ 23 yaşında olan ulduz forvard mundialların həlledici oyununda het-trik edən ikinci futbolçu kimi tarixə düşdü. 

İndiyə qədər bu rekordun tək sahibi İngiltərə yığmasının sabiq futbolçusu Ceff Herst idi. O, 1966-cı il mundialının finalında Almaniya ilə matçda 3 qol vura bilmişdi. 

Mbappenin digər rekordu isə finallarda 4 qol vurması ilə bağlıdır. İndiyə qədər iki finala çıxan 23 yaşlı oyunçu 4 dəfə rəqib qapılarına yol tapıb. O, 2018-ci il Rusiyada keçirilən mundialın həlledici oyununda Xorvatiyanın qapısına qol vurmağı bacarmışdı. 

Ötən günü daha 3 dəfə fərqlənən Mbappe bu göstəricidə finallarda 3 qol vuran Ceff Herst, Vava, Pele və Zidanı geridə qoydu. 

Kilian, həmçinin dünya çempionatları tarixində 12-ci qolunu da vurub. O, bununla Qabriel Batistuta, Qari Linekeri, Yurgen Klinsman kimi əfsanələri geridə qoyub. Qarşıda ən azı 3 dünya çempionatında oynayacağını nəzərə alsaq, Mbappenin bütün rekordları qıracağı gözləniləndir. 

23 yaşlı superulduz artıq bir çox göstəricilərdə tək rekord sahibidir.