Valyuta məzənnəsi:
19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |     23:30 "Qarabağ" Azərbaycan Kubokunun finalında!  |     18:35 Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır  |     18:10 Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur - FOTO  |     17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |    
CityNews.az » Əsas » AZAL İstanbul uçuşlarında üçüncü aviabileti hədiyyə edir - FOTO

Əsas / Turizm

AZAL İstanbul uçuşlarında üçüncü aviabileti hədiyyə edir - FOTO


AZAL aviaşirkəti Bakıdan İstanbula və əks istiqamətdə olan uçuşlarda Yeni il aksiyasını təqdim edir.

İki aviabilet əldə edərkən aviaşirkət üçüncü aviabileti hədiyyə olaraq təqdim edir.

Təklif 26 dekabr 2022-ci il və 8 yanvar 2023-cü il tarixləri arasında yerinə yetirilən J2-077/078 və J2-079/080 axşam reyslərinə həm bir tərəfə, həm də gediş-dönüş aviabiletlərin alınması zamanı şamil olunur. Aviabiletlərin satışı 7 yanvar 2023-cü il tarixi daxil olmaqla davam edəcək.

Aviabiletləri AZAL aviaşirkətinin akkreditə olunmuş bütün agentliklərində və ya aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə sorğu göndərməklə rəsmiləşdirmək mümkündür.

Aksiya çərçivəsində hədiyyəli biletin vergi və rüsumları ödənilir. Biletlərin yenidən təxsis edilməsi və ya qaytarılması yalnız eyni vaxtda həyata keçirilə bilər.