Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Əsas » Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...

Əsas / Son xəbərlər / İdman

Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...


Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu ilə bağlı intizam tədbiri gündəmə gəlib. Məşq prosesində iştirak etməməsinə görə ulduz futbolçunun müəyyən müddətə milli komandanın oyunlarından kənarlaşdırılması və cərimələnməsi ehtimal olunur.

Citynews.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ronaldu Norveçlə qarşılaşmada meydana çıxmadığı üçün Portuqaliya millisinin təlim-məşq toplanışından ayrılıb. Onun bu qərarı məşq prosesinə də qatılmaması ilə nəticələnib.

Futbolçu məsələ ilə bağlı açıqlamasında milli komandadan nə üçün ayrıldığını münasib vaxtda Portuqaliya ictimaiyyətinə bildirəcəyini söyləyib.

Portuqaliya Futbol Federasiyasının (FPF) intizam qaydalarına əsasən, bu kimi hallarda futbolçuya müxtəlif sanksiyalar tətbiq oluna bilər. Qaydalarda maliyyə cəriməsi ilə yanaşı, milli komandadan bir aydan altı ayadək uzaqlaşdırma cəzası da nəzərdə tutulur.


Məlumata görə, Kriştianu Ronaldu və Portuqaliya Futbol Federasiyası hadisə ilə bağlı yayılan məlumatları təsdiqləyib.