Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Əsas » Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"

Əsas / Son xəbərlər / İdman

Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"


Fransa millisinin baş məşqçisi Zinəddin Zidan 2006-cı ildə keçirilən dünya çempionatının finalında Marko Materatsi ilə yaşadığı insidentə yenidən münasibət bildirib.

Citynews.Az xarici mətbuata istinadən xəbər verir ki, Zinəddin Zidanın rəhbərlik etdiyi Fransa millisi oktyabrın 2-də Millətlər Liqasında İtaliya ilə üz-üzə gələcək. Qarşılaşma öncəsi keçirilən tədbirlərdən birində fransalı mütəxəssis həmin finalda baş verənləri xatırlayıb.

Zidan bildirib ki, sözügedən hadisədən sonra Marko Materatsi ilə heç bir əlaqəsi olmayıb. O, 2006-cı il finalında italiyalı futbolçunun sinəsinə kəllə ilə zərbə endirməsindən danışarkən həmin hərəkətindən fəxr etmədiyini vurğulayıb.

"Etdiyim hərəkətlə qürur duymuram, bunu hər zaman söyləmişəm. Amma buna görə peşman da deyiləm. Bu hadisə mənim karyeramın bir parçasıdır", - deyə Zidan qeyd edib.

Fransalı çalışdırıcı karyerasının yalnız həmin qalmaqallı epizodla xatırlanmasını istəmədiyini də bildirib. Onun sözlərinə görə, futbol həyatında daha çox müsbət və yadda qalan məqamlar olub.

Zidan əlavə edib ki, insanın karyerası yalnız uğurlu və mükəmməl anlardan ibarət ola bilməz və o, keçmişindən daha çox müsbət xatirələri yada salmağa üstünlük verir.