Valyuta məzənnəsi:
14:45 İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)  |     14:10 "Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”  |     13:35 Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     12:30 “Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)  |     11:23 Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)  |     10:53 Murat Bozdan müflis olması xəbərinə reaksiya  |     10:23 “Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır  |     09:33 Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat  |     08:51 Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:30 Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)  |     17:30 Obitus filminin Qala Gecəsi Park Cinemada  |     17:15 Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"  |     17:00 Özcan Deniz Park Cinemaya gəlir!  |     16:36 “Mançester Yunayted”in baş məşqçisi açıqlandı  |     16:33 Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)  |     15:55 Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)  |    
CityNews.az » Əsas » "Qiyamət günü"nün tarixi açıqlandı

Əsas / Son xəbərlər / Dünya

"Qiyamət günü"nün tarixi açıqlandı


Nüfuzlu "The Lancet" jurnalının komissiyası tərəfindən hazırlanan yeni qlobal risk hesabatında nüvə münaqişəsi və süni intellektdən zərərli məqsədlərlə istifadənin 2100-cü ilə qədər bəşəriyyətin mövcudluğunu təhlükə altına sala biləcəyi bildirilib.

Citynews.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 mütəxəssisin üç il ərzində apardığı araşdırmaların nəticələri Almaniyanın Berlin şəhərində keçirilən Dünya Səhiyyə Sammitində təqdim olunub. Tədqiqat zamanı insanların sağlamlığına və ömür uzunluğuna təsir edən 17 əsas qlobal risk qiymətləndirilib.

Hesabatda qeyd olunur ki, nüvə müharibəsi və süni intellektin təhlükəli məqsədlərlə tətbiqinin başvermə ehtimalı aşağı olsa da, mümkün nəticələrinin miqyası bu təhdidləri ən ciddi risklər sırasına daxil edir.

Mütəxəssislərin fikrincə, nüvə münaqişəsi atmosferdə ciddi dəyişikliklərə səbəb olaraq kənd təsərrüfatına zərər vura və genişmiqyaslı aclıq yarada bilər. Süni intellektin köməyi ilə hazırlanmış bioloji silahlar isə indiyədək görünməmiş fəlakətlərə yol aça bilər. Bu səbəbdən hər iki ssenari bəşəriyyət üçün son dərəcə təhlükəli hesab olunur.

Araşdırmada digər ciddi problemlərə də diqqət çəkilib. Hava çirkliliyi, antimikrob müqaviməti, uşaqlar arasında qeyri-kafi qidalanma, iqlim böhranı, ənənəvi müharibələr və beynəlxalq yardımın azaldılması qlobal sağlamlığa təsir edən əsas amillər sırasında göstərilib.


Hesabatda regionlar arasındakı fərqlər də vurğulanıb. Yüksəkgəlirli ölkələrdə piylənmə və psixi sağlamlıq problemləri daha qabarıq risklər kimi qiymətləndirildiyi halda, aşağıgəlirli ərazilərdə təhsilin səviyyəsinin aşağı olması sağlamlığa mənfi təsir göstərən amillərdən biri kimi qeyd edilib.

ABŞ və Böyük Britaniya da daxil olmaqla, bir sıra varlı ölkələrdə xarici yardım büdcələrinin azaldılması da narahatlıq doğuran məsələlərdəndir. Hesablamalara əsasən, beynəlxalq səhiyyə yardımının kəskin azalması və ya tamamilə dayanması 2100-cü ilə qədər milyardlarla illik sağlam həyatın itirilməsinə səbəb ola bilər. Bu itkilərin təxminən 70 faizinin Afrikada qeydə alınacağı proqnozlaşdırılır. Qitə uşaqlar arasında qeyri-kafi qidalanma probleminin ən ağır hiss olunduğu bölgələrdən biri olaraq qalır.

Komissiya üzvləri hesabatın məqsədinin cəmiyyətdə qorxu yaratmaq deyil, dünya liderlərini vaxtında tədbirlər görməyə təşviq etmək olduğunu bildiriblər. Onların qənaətinə görə, iqlim dəyişikliyinin məhdudlaşdırılması və yeni texnologiyaların inkişafına sərmayə qoyulması kimi addımlar milyonlarla insanın həyatını xilas etməklə yanaşı, milyardlarla illik sağlam həyatın qorunmasına imkan verə bilər.