"Türk musiqisini qətl edirsiniz, oxuya bilmirsiniz" - Bülənt Ərsoyu "yıxıb-sürüdü"
...
Əsas / Son xəbərlər / Maqazin
Türkiyəli müğənni Bülənt Ərsoy bu dəfə lüks avtomobilində lentə alınan görüntüləri ilə gündəmə gəlib.
Citynews.Az xəbər verir ki, 74 yaşlı sənətçinin lahmacunçu ilə söhbəti sosial şəbəkələrdə diqqət çəkib. Onların dialoqu izləyicilər arasında müzakirələrə səbəb olub.
Görüntülərin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri Bülənt Ərsoyun danışıq tərzi və lahmacunçu ilə ünsiyyəti barədə müxtəlif fikirlər bildiriblər.
Sənətçinin avtomobilindən çəkilən həmin kadrlar qısa zamanda maraq doğuraraq gündəmə çevrilib.
