Valyuta məzənnəsi:
14:45 İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)  |     14:10 "Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”  |     13:35 Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     12:30 “Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)  |     11:23 Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)  |     10:53 Murat Bozdan müflis olması xəbərinə reaksiya  |     10:23 “Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır  |     09:33 Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat  |     08:51 Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:30 Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)  |     17:30 Obitus filminin Qala Gecəsi Park Cinemada  |     17:15 Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"  |     17:00 Özcan Deniz Park Cinemaya gəlir!  |     16:36 “Mançester Yunayted”in baş məşqçisi açıqlandı  |     16:33 Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)  |     15:55 Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)  |    
CityNews.az » Əsas » “Volkswagen” 22 min elektromobili geri çağırır

Əsas / Son xəbərlər / Maraqlı

“Volkswagen” 22 min elektromobili geri çağırır


Almaniyanın "Volkswagen" avtomobil istehsalçısı akkumulyatorlardakı mümkün təhlükə ilə əlaqədar minlərlə elektromobilin geri çağırılması üçün hazırlıq görür. Yoxlamalar zamanı müəyyən modellərdə yanğın riskinə səbəb ola biləcək istehsal qüsurları müəyyən edilib.

Citynews.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin daxili araşdırmaları "ID" seriyasına daxil olan bəzi elektromobillərin yüksək gərginlikli akkumulyatorlarında nasazlıq olduğunu üzə çıxarıb.

"Volkswagen"dən bildirilib ki, nadir hallarda müşahidə edilən bu problem akkumulyatorun həddindən artıq qızmasına və nəticədə yanğına gətirib çıxara bilər.

Geri çağırılma tədbirlərinin 2023-2025-ci illərdə istehsal olunmuş "Volkswagen ID.3", "ID.4", "ID.7", "ID. Buzz" və "Cupra Born" modellərini əhatə edəcəyi gözlənilir. ABŞ-ın müvafiq qurumlarının məlumatına əsasən, nasazlıq ölkədə 22 mindən çox "ID.4" elektromobilinə təsir edib.


Şirkət Almaniyada və digər bazarlarda da problemin aradan qaldırılması üçün tədbirlər hazırlayır. Bununla belə, qüsurdan təsirlənən avtomobillərin dünya üzrə ümumi sayı hələ açıqlanmayıb.