Valyuta məzənnəsi:
14:45 İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)  |     14:10 "Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”  |     13:35 Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     12:30 “Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)  |     11:23 Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)  |     10:53 Murat Bozdan müflis olması xəbərinə reaksiya  |     10:23 “Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır  |     09:33 Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat  |     08:51 Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:30 Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)  |     17:30 Obitus filminin Qala Gecəsi Park Cinemada  |     17:15 Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"  |     17:00 Özcan Deniz Park Cinemaya gəlir!  |     16:36 “Mançester Yunayted”in baş məşqçisi açıqlandı  |     16:33 Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)  |     15:55 Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)  |    
CityNews.az » Əsas » Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"

Əsas / Son xəbərlər / İdman

Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"


"Real Madrid"in sabiq hücumçusu Antonio Kassano iki məşhur futbolçu - Ronaldo Nazario və Kriştianu Ronaldu arasında seçim edərək braziliyalı oyunçunu daha güclü forvard hesab etdiyini bildirib.

Citynews.Az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya futbolunun tanınmış siması bu fikirlərini "AS" nəşrinə müsahibəsində səsləndirib. Ronaldo Nazario ilə eyni komandada oynamaq fürsəti qazandığını deyən Kassano braziliyalı hücumçunun futbolçu keyfiyyətlərini xüsusi vurğulayıb.

"Mənə Ronaldo Nazario ilə eyni komandada oynamaq nəsib olub. Mən onun kimi ikinci bir mərkəz hücumçusu görməmişəm. O, həqiqətən də fenomenal və unikal idi. Karyerası ərzində zədələr yaşamasaydı, ağlasığmaz zirvələrə çata bilərdi. Əsl Ronaldo o idi, Kriştianu isə fenomen olan Ronaldonun sadəcə yarısı qədərdir", - deyə Kassano bildirib.

Qeyd edək ki, Ronaldo Nazario "Real Madrid"də çıxış etdiyi müddətdə bütün turnirlərdə 177 oyunda meydana çıxıb, 104 qol vurub və 34 məhsuldar ötürmə ilə yadda qalıb. Kriştianu Ronaldu isə Madrid klubunun heyətində keçirdiyi 438 matçda 450 dəfə fərqlənib, 131 məhsuldar ötürmə edib.