Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Əsas » Vasif Talıbovun şəkilləri Naxçıvandan yığışdırılıb

Əsas / Cəmiyyət

Vasif Talıbovun şəkilləri Naxçıvandan yığışdırılıb


Naxçıvan Muxtar Respublikasındakı bütün idarə və müəssisələrdən - büdcə təşkilatlarından Ali Məclisin keçmiş sədri Vasif Talıbovun şəkilləri yığışdırılıb.

Bu barədə Modern.az-a Naxçıvandakı dövlət təşkilatının adının çəkilməsini istəməyən vəzifəli şəxsi məlumat verib.

Bildirilib ki, bu haqda tapşırığı Naxçıvan MR-in yeni rəhbərliyi verib. Bununla bağlı müvafiq tapşırıqların artıq icra olduğunu vurğulanıb.

Qeyd edilir ki, bu yaxınlara kimi Naxçıvandakı idarə və müəssiələrdə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə yanaşı, Vasif Talıbovun da şəkilləri asılırdı.

“Artıq heç bir qurumda Ali Məclisin keçmiş sədrinin şəkillərinə rast gəlinmir”, - deyə mənbə bildirib.

Xatırladaq ki, Vasif Talıbov 2022-ci il dekabrın 21-də Ali Məclis sədri postundan istefa verib.

Naxçıvan MR Ali Məclisinin həmin gün keçirilən iclasında V.Talıbovun istefası ilə bağlı qərar rəsmən təsdiqlənib.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışırdı.

22 dekabr 2022-ci il tarixində Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

28 dekabr 2022-ci il tarixində isə polis polkovniki Süleyman Neymətov Naxçıvan MR daxili işlər naziri təyin olunub.

Onların hər ikisi əslən naxçıvanlıdırlar.