Valyuta məzənnəsi:
11:41 Naxçıvan onmilyonlarla manat yeyinti olan qurumda yenidən yoxlamalar BAŞLADI  |     22:53 Azərbaycan kino layihəsi İtaliyada keçirilən Avropa Film Forumunda mükafat qazanıb  |     15:04 Bayden yenə maraqlı açıqlama verdi: “Administrasiyamdakı qadınların yarıdan çoxu qadınlardır” - VİDEO  |     14:10 Azərbaycan Ordusunda keçirilən məşğələlərdən görüntüləri - FOTO/VİDEO  |     21:50 Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO  |     15:00 Rayona avtobusla gedənlərin NƏZƏRİNƏ - Yeni qiymət CƏDVƏLİ  |     10:30 Bu gün Azərbaycan Gəncləri Günüdür - VİDEO  |     15:41 SOCAR istiqrazlarının 5-ci kupon ödənişi edildi  |     22:45 Azərbaycan və Rusiya xarici işlər nazirləri Laçın yolundakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB  |     14:46 Finlandiya polisi ölkədə Quranın yandırılmasına icazə verməyəcək  |     12:20 Özcan Dəniz 2-ci dəfə ata olacaq  |     20:05 Səhlab Bağırov yeni vəzifəyə təyin edildi - YENİLƏNİB  |     10:25 Biz yazmasaq... Mehriban Ələkbərzadəyə məktub  |     18:50 Azərbaycan və Macarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO  |     13:10 “Qarabağ”ın yeni transferi “Qızıl top” mükafatına layiq görülüb  |     11:35 Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvarla bağlı başsağlığı verdi -  |     10:10 20 Yanvar faciəsindən 33 il keçir - VİDEO  |     19:10 Avropa Parlamenti Putin və Lukaşenko üçün tribunal tələb edir  |     16:15 Azərbaycanlı aktrisa dənizin ortasında lüks restoranda özünə ad günü etdi  |     22:50 “Barselona” Atletiko” ilə Depayın transferini razılaşdırıb  |    
CityNews.az » Əsas » Vardanyan bilmədən ermənilərin “aclıq və fəlakət” şousunu ifşa etdi - FOTO

Əsas / Siyasət

Vardanyan bilmədən ermənilərin “aclıq və fəlakət” şousunu ifşa etdi - FOTO


Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolundakı etiraz aksiyası bu dəhliz vasitəsilə hərəkət edən nəqliyyat vasitələrininin, o cümlədən Ermənistan ərazisindən yük maşınları ilə Xankəndinə gətirilən ərzaq, dərman və digər məhsulların hərəkətinə heç bir maneə törətmədiyindən bölgəyə zəruri həcmdə ərzaq və digər həyati vacib olan mal və vasitələrin daşınması normal qaydada davam edir.

Faktyoxla.az mövzu ilə bağlı məqalə dərc edib:

Caliber.Az-ın əldə etdiyi məlumata görə, bu aksiyanın keçirildiyi yolun (Laçın-Xankəndi yolu) hər iki istiqaməti üzrə 12 dekabr 2022-ci il tarixindən 5 yanvar 2023-cü il tarixinədək 370 müxtəlif təyinatlı nəqliyyat vasitəsi maneəsiz keçib. Onlardan 330-u Rusiya sülhməramlı kontingentinə aid müxtəlif təyinatlı avtomobillər, 31-i təcili yardım maşını olmaqla Beynəlxalq Qırmızı Xaç Komitəsinə, 3-ü isə yerli erməni sakinlərə məxsus olub. 

Qırmızı Xaç Komitəsinə və yerli erməni sakinlərə məxsus avtomobilləri kənara qoyaraq  sülhməramlılara məxsus kortejlə və digər 330 avtomobilin daşıdığı mallar əsasında bölgəyə hansı həcmdə ərzaq aparıldığını müəyyənləşdirməyə çalışaq.

Əvvəlcə, Rusiya sülhməramlılarına məxsus maşınlarla daşınmanın sayı və həcminə diqqət ayıraq.

Dekabrın 12-dən yanvarın 5-dək Rusiya sülhməramlı kontingentinə məxsus 40 ədəd “KAMAZ” və 15 ədəd “URAL” markalı yük maşını ilə yük yerləri tam yüklənmiş şəkildə Xankəndi istiqamətinə ərzaq məhsulları daşınmışdır. Yük avtomobillərinin yoxlanılması zamanı daşınan ərzaqların böyük əksəriyyətinin düyü, ət konservi, makaron, un, kartof, soğan, toyuq əti, tərəvəz, kələm, qənd, qəhvə kimi məhsulların olduğu müəyyən edilib.
Məlumdur ki, Rusiya sülhməramlılarının kontingentində olan  yük maşınlarının əksəriyyəti “KAMAZ -5350” markalı yük maşınlarıdır. Onların birinin yükgötürmə qabiliyyəti 8 tona bərabərdir. mənbə1 mənbə2


Eyni zamanda, sülhməramlıların maşın parkında yer alan “URAL” avtomobillərinin “URAL4320” markalı avtomobillərinin yükgötürmə qabiliyyəti 6 ton təşkil edir. mənbə

Beləliklə, Rusiya sülhməramlıları 40 “Kamaz”la (40*8=320) 320 ton, “URAl” maşınları ilə (15*6=90) 90 ton, birlikdə 410 ton yük daşıyıblar.

Ərazidə yerləşən 2000 nəfərlik sülməramlıların şəxsi heyətinin 1 aylıq ərzaq tələbatının cəmi 130 ton təşkil etdiyi bildirilir. 130 tonu şəxsi heyətin sayına böldükdə bir nəfərə gündəlik 2,2 kq ərzaq payı düşdüyü riyazi hesablamalarla alınır. Həmin norma ən maksimal qida normativləri əsasında hesablanmış ərzaq ehtiyatıdır. Yəni, dünyada bir nəfərin istehlak səbətinə daxil olan normadan 2 dəfə çox ərzaq ehtiyatı. Yəni, rəqəmləri nəzərə aldıqda bu qida rasionuna əsas istifadə olunan məhsullardan təxminən 4 ton düyü, 3 ton makaron, 1,5 ton ət konservi, 4 ton qarabaşaq, 1 ton un, 10 ton kələm, 5 ton soğan, 30 ton kartof və s. ərzaq, meyvə-tərəvəz, içkilər daxil olmaqla ən yüksək halda 50 ton edə bilər. Sülhməramlıların isə 55 maşın ərzaq yükünün həcmi 410 ton təşkil edir. Yəni onların normasından 6-7 dəfə çox ərzaq daşınıb. Bu, onu əsaslandırır ki, həmin ərzaq məhsulları Xankəndinə və ətraf zonalara daşınıbdır. Halbuki sülhməramlılar oktyabr və noyabr aylarında bu sayda avtomobillə və bu həcmdə ərzağı Xankəndinə daşımırdılar. Demək, sülhməramlılar öz ehtiyaclarından əlavə son bir ayda ən azı 15-20 min nəfərin də ərzağını gətiriblər. Rəqəmə diqqət edin: cəmi 15-20 min nəfərin.

İndi isə digər 330 müxtəlif təyinatlı avtomobillərin daşınma həcmi əsasında ərzaq ehtiyatını müəyyənləşdirməyə çalışaq. Həmin avtomobillər sərnişin maşını olsa belə yük baqajı, üst baqaj və arxa oturacaqda ən azı 700 kq yük götürmək qabiliyyətinə malikdir. Hətta onların sırasında “Ford”, “Qazel” və s. iri avtomobilləri nəzərə aldıqda bir maşının orta yük daşıma həcmi 1500  kq (1,5 ton) edir. Biz, ən aşağı rəqəmi götürək, 330 avtomobilin təxmini 200 ədədinin daşıya bildiyi 700 kq yükü və qalan 130 maşının daşıdığı 1500 kq yükü. Birlikdə orta rəqəm (200*700 kq = 140 ton +130*1500 kq=195 ton) 335 tona bərabər olur.
230 ton ərzaq bir ayda ən azı 15 min nəfərin normal qida ehtiyatı deməkdir.

Beləliklə, Rusiya sülhməramlılarının 55 maşın gətirdiyi 410 ton və digər 330 maşınla daşınan ərzağın birlikdə həcmi 740 ton edir. Həmin ərzağın 50-60 tonunu sülhməramlıların tələbatı üçün çıxdıqdan sonra yerdə qalan 680 tondan çox ərzaq məhsulları Xankəndi və ətrafdakı ermənilərin ən azı 20 gün ehtiyaclarını ödəyə bilir. Bir daha təkrar edirik, bu rəqəmlər 15-20 min insan üçün nəzərdə tutulur.  

Digər faktlara da nəzər salaq.

R.Vardanyan erməni mediasına açıqlamasında bildirib ki, Xankəndindəki xəstələr Qırmızı Xaç Komitəsinin köməyi ilə normal qaydada Ermənistana aparılır, eyni zamanda, Rusiya sülhməramlılarından da ərzaq alınır. Sitat: “Bir az taxılımız, ətimiz və bir az südümüz var. Başqa şeylər artıq yoxdur”. istinad

Bundan başqa, Ağdərə rayonunun Şen icmasının rəhbəri David Ananyan da bir müddət əvvəl bildirmişdi ki, meyvə yoxdur, ancaq kartof problemimiz də yoxdur.

Xocalının erməni icmasının rəhbəri Boris Qəhrəmanyan isə Ermənistan mediasına açıqlamasında deyib ki, mağazalarda piştaxtalar yarıboş vəziyyətdə olsa da çörək qıtlığı yoxdur. istinad

Yuxarıdakı 3 açıqlama əsasında tam belə bir qənaət yaranır ki, bölgədə taxıl, çörək, kartof, ət və süd ehtiyatları var. Son bir ayda daşınmış 680 ton ərzaq mallarını da bura əlavə etsək ümumilikdə toplanmış böyük bir ərzaq deposu yaranmış olur. Bütün bu hallar ermənilərin aclıqla üzləşməsi barədə iddiaları yalanlayır. 

Beləliklə, Xankəndinə və ermənilərin məskunlaşdığı digər yaşayış bölgələrdə ərzaq, dava-dərman və s. malların təminatında heç bir problem yoxdur.

Ermənilərin və “liderləri” Vardanyanın “iyirmi dörd gündür ki, blokadadayıq”, “ərzaq ehtiyatları tükənib”, “aclıq hökm sürür”  kimi fikirləri yalandır və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün növbəti şou nümunəsidir.

Ən vacibi isə Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin sayı haqda növbəti təkzib faktının aşkarlanmasıdır. Diqqət yetirdinizsə sülhməramlıların daşıdıqları ərzaq ehtiyatı yalnız 15-20 min üçün nəzərdə tutulub, 120 min deyil. Yəni, ermənilərin "120 min insan blokadadır" yalanı növbəti dəfə özləri tərəfindən təkzib olundu. 

P.S. Növbəti yazımızda Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin ərzaq ehtiyatları və iqtisadi vəziyyətləri barədə araşdırma təqdim olunacaq. Çox ciddi faktlar aşkar etmişik.