Valyuta məzənnəsi:
20:21 Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     20:02 Ləmanın keçmiş əri ilə TOY GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     19:32 Kerimcan Durmazın yeni halı anasını ŞOKA SALDI - VİDEO  |     16:36 "Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO  |     16:20 Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib - FOTO  |     19:06 "Yatanda burnunuzu çıxardın" - VİDEO  |     18:33 Kəmalənin bu hərəkəti müzakirə səbəbi oldu - VİDEO  |     18:04 Təranənin kürəkəni: "Xanımım evdə uşaqlara baxsın, müğənni olmasın” - VİDEO  |     17:30 Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı - VİDEO  |     16:44 "Elnarə, səsin üçün ölərəm" - VİDEO  |     16:01 Xalq artistini görənlər TANIMADI - VİDEO  |     15:45 85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO  |     15:16 Azərbaycanlı aparıcı çəkilişdə QORXULU ANLAR YAŞADI - VİDEO  |     13:35 "Azərbaycan kişisinin əsas işi qadınına layiq olmaqdır" - VİDEO  |     12:49 "4 dəqiqəyə 7 min qazanıram" - VİDEO  |     11:52 Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI - VİDEO  |     10:36 "Heç bir plastik əməliyyat etdirməmişəm, mənə Jennifer Lopez deyirdilər" - VİDEO  |     10:11 "İki küpəgirən qarı" tamaşasının premyerası olacaq - FOTO  |     18:51 "Mənim üçün atam ölüb" - VİDEO  |     16:35 Bahar onunla foto çəkdirmək istəyən kişini BELƏ PƏRT ETDİ - VİDEO  |    
CityNews.az » Əsas » “Qarabağ” Mbappenin əvəzedicisini gətirdi - 10 milyonluq oyunçu

Əsas / İdman

“Qarabağ” Mbappenin əvəzedicisini gətirdi - 10 milyonluq oyunçu


“Qarabağ”ın heyətinə qatdığı yeni oyunçunun adı bəllidir. Ağdamlılar yayda anlaşa bilmədiyi Adama Diakabinin transferini indi rəsmiləşdirir.

Futbolinfo.az xəbər verir ki, Türkiyədə hazırlıq keçən “Qarabağ”ın düşərgəsində olan futbolçu məşqlərə qatılır. Tezliklə onunla rəsmi müqavilə bağlanacaq. Müqavilənin dəyəri, müddəti və s. detallar hələ dəqiqləşməyib.

Fransa gənclər millisində 4 oyuna çıxmış solaxay vinger Seneqal əsillidir. Ayaççoda doğulmuş 26 yaşlı Adama “Qarabağ”a azad agent kimi gəlib.

“Kan” yetirməsi peşəkar futbola “Renn”də başlayıb. Bu klub 2017-ci ildə onu “Monako”ya 10 milyon avroya satıb. O zaman Diakabiyə PSJ-yə keçən Kilian Mbappenin əvəzedicisi gözüylə baxılırdı. Maraqlıdı ki, bir il sonra “Knyazlıq klubu” da onu 10 milyon avro qarşılığında “Haddersfild”ə buraxmağa razı oldu. İngiltərə klubu 2020-ci ildə onu “Nottingem Forest”ə, iki il sonra “Amyen”ə icarəyə vermişdi.

2022-ci ilin iyulundan klubsuz olan Adama həmin vaxt “Qarabağ”a gəlməkdən imtina etmişdi. İndi isə fransalının razılığını almaq mümkün olub.

Bu, “Qarabağ”ın Fransa 2-ci liqasından aldığı ilk oyunçu deyil. Abdullah Zubir də ölkəmizə “Lans”dan gəlmişdi.