Valyuta məzənnəsi:
14:45 İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)  |     14:10 "Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”  |     13:35 Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     12:30 “Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)  |     11:23 Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)  |     10:53 Murat Bozdan müflis olması xəbərinə reaksiya  |     10:23 “Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır  |     09:33 Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat  |     08:51 Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:30 Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)  |     17:30 Obitus filminin Qala Gecəsi Park Cinemada  |     17:15 Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"  |     17:00 Özcan Deniz Park Cinemaya gəlir!  |     16:36 “Mançester Yunayted”in baş məşqçisi açıqlandı  |     16:33 Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)  |     15:55 Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)  |    
CityNews.az » Əsas » Hakimlərimiz Avropa Liqasının iki oyununa təyinat aldı

Əsas / Son xəbərlər / İdman

Hakimlərimiz Avropa Liqasının iki oyununa təyinat aldı


Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun qarşılaşmalarını idarə edəcəklər.

Citynews.Az xəbər verir ki, Əliyar Ağayev İspaniyada keçiriləcək "Selta" - "Yunion" matçının baş hakimi olacaq. 39 yaşlı referiyə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri kimi kömək edəcəklər. Rauf Cabarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Digər FIFA referimiz Elçin Məsiyev isə Belçikada baş tutacaq "Anderlext" - "Zaltsburq" görüşünə təyinat alıb. 35 yaşlı hakimə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Nicat İsmayıllı qarşılaşmanın dördüncü hakimi olacaq.

Qeyd edək ki, "Anderlext" - "Zaltsburq" oyunu noyabrın 5-də Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. "Selta" - "Yunion" matçı isə noyabrın 5-dən 6-na keçən gecə, saat 00:00-da start götürəcək.