“Kişidirsə, qarşıma çıxsın, yəqin kişiliyi çatmır”
...
Xalq artisti Röya Ayxan üç gün ard-arda baş tutacaq konsertinin rejissoru məlum olub.
CITYNEWS.AZ xəbər verir ki estrada ulduzu “Dəli kimi” adlı musiqili gecədə rejissor Ranar Musayevla çalışacaq. O, 7 ildən sonra ilk dəfə konsert layihəsini rejissora həvalə edəcək. “Sonuncu dəfə belə konsertimiz Heydər Əliyev Sarayında ( 2016-cı il – “Qadın” – red.) olub. Rejissorlar çalışmışdı, bənzər obrazlar yaradılmışdı.
Neçə il sonra yenidən o həvəsi yaşadığım konsertim olacaq. Axır ki, mənə də qismət oldu. İlk dəfə Ranar Musayevlə solo işim olacaq”, - deyə, Röya Ayxan bildirib.
Qeyd edək ki, konsert 27, 28, 29 yanvarda Bakı Konqres Mərkəzində baş tutacaq.