Valyuta məzənnəsi:
11:41 Naxçıvan onmilyonlarla manat yeyinti olan qurumda yenidən yoxlamalar BAŞLADI  |     22:53 Azərbaycan kino layihəsi İtaliyada keçirilən Avropa Film Forumunda mükafat qazanıb  |     14:10 Azərbaycan Ordusunda keçirilən məşğələlərdən görüntüləri - FOTO/VİDEO  |     21:50 Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO  |     15:00 Rayona avtobusla gedənlərin NƏZƏRİNƏ - Yeni qiymət CƏDVƏLİ  |     10:30 Bu gün Azərbaycan Gəncləri Günüdür - VİDEO  |     15:41 SOCAR istiqrazlarının 5-ci kupon ödənişi edildi  |     22:45 Azərbaycan və Rusiya xarici işlər nazirləri Laçın yolundakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB  |     14:46 Finlandiya polisi ölkədə Quranın yandırılmasına icazə verməyəcək  |     12:20 Özcan Dəniz 2-ci dəfə ata olacaq  |     20:05 Səhlab Bağırov yeni vəzifəyə təyin edildi - YENİLƏNİB  |     10:25 Biz yazmasaq... Mehriban Ələkbərzadəyə məktub  |     18:50 Azərbaycan və Macarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO  |     13:10 “Qarabağ”ın yeni transferi “Qızıl top” mükafatına layiq görülüb  |     11:35 Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvarla bağlı başsağlığı verdi -  |     10:10 20 Yanvar faciəsindən 33 il keçir - VİDEO  |     19:10 Avropa Parlamenti Putin və Lukaşenko üçün tribunal tələb edir  |     16:15 Azərbaycanlı aktrisa dənizin ortasında lüks restoranda özünə ad günü etdi  |     22:50 “Barselona” Atletiko” ilə Depayın transferini razılaşdırıb  |     20:50 Əhməd Cavad haqqında film çəkildi - VİDEO  |    
CityNews.az » Əsas » Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirildi - FOTO

Əsas / Ordu

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirildi - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi cari ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təlim-metodiki toplanış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsində Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi fikirlər şəxsi heyətin diqqətinə çatdırılıb.

Toplanışda hərbi intizamın daha da möhkəmləndirilməsi, qanun pozuntularına yol verilməməsi, şəxsi heyətə beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, həmçinin silahlı münaqişə dövründə onların tətbiq edilməsinin əhəmiyyətinin çatdırılması istiqamətində görülən işlər haqqında danışılıb, bu istiqamətdə cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Həmçinin hərbi hissələrdə hüquq hazırlığının daha səmərəli təşkili, hərbi qulluqçuların hüquqi cəhətdən maarifləndirilməsi və digər mövzular üzrə məruzələr dinlənilib.

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Ordusunda hüquq sahəsində görüləcək işlərlə bağlı ətraflı müzakirələr aparılıb.

İştirakçıların hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsi məqsədilə keçirilən təlim-metodiki toplanışda iştirakçıları maraqlandıran bu və ya digər suallar cavablandırılıb.