Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |    
CityNews.az » Əsas » Macarıstan Azərbaycan qazı üçün Türkiyə ilə danışıqlara başlayıb

Əsas / İqtisadiyyat

Macarıstan Azərbaycan qazı üçün Türkiyə ilə danışıqlara başlayıb


Macarıstanın MVM şirkəti Azərbaycan qazı, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə tədarükünü genişləndirmək məqsədilə Türkiyədən olan tərəfdaşlarla kommersiya danışıqlarına başlayıb.

Bu barədə bazar ertəsi Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Macarıstan hökumətinin enerji mənbələrinin şaxələndirilməsinə cəhd etmək niyyətini təsdiqləyən Siyarto qeyd edib ki, “bunun üçün ən real variant Azərbaycan qazı və Türkiyə limanlarına gələn LNGdir”.

Nazir məlumat verib ki, “MVM şirkəti ilə onun türk tərəfdaşları arasında Macarıstan bazarına çatdırılmaların həcmi və vaxtı ilə bağlı kommersiya danışıqları artıq başlayıb”. O, həmçinin vurğulayıb ki, Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan belə layihələrin həyata keçirilməsində Avropa İttifaqının maliyyə yardımına ümid edir.

Mənbə: TASS