Valyuta məzənnəsi:
17:45 Hərbçilərimiz Füzuli istiqamətində təxribatın qarşısını aldılar  |     17:45 Sabahın hava proqnozu açıqlanıb  |     17:22 Azərbaycan Ordusu separatçıların qanunsuz fəaliyyətinə qarşı zəruri nəzarət tədbirləri həyata keçirib  |     14:08 AVRO-2024: Fransa Niderlandı, Belçika İsveçi darmadağın edib - VİDEO  |     12:55 Suyu çəkilmiş Xəzər və quruya çıxmış balıqçı evləri - FOTOREPORTAJ  |     10:15 AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub olub  |     09:50 ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib  |     17:23 Qısametrajlı xəyanət filmi: Baş rolda sülhməramlılar - VİDEO  |     15:33 “Fənərbağça”-“Zenit” matçında türk və rusiyalı azarkeşlər arasında dava düşdü - VİDEO  |     15:05 Bayramda milyonlar qazanacaq türkiyəli məşhurların - Adları  |     14:22 Emin Mahmudov: “Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”  |     11:46 Leyla Əliyeva Ramazan ayı ilə bağlı paylaşım etdi - Foto  |     11:24 London küçələrində ilk dəfə Ramazan ayı belə qarşılandı - Fotolar  |     11:08 AVRO-2024: Seçmə mərhələyə start verildi  |     10:35 Ötən ay Azərbaycanda kafe və restoranlara 125 milyon manat xərclənib  |     10:10 Azərbaycan nefti bahalaşdı  |     18:35 Bekhemin klubundan Messiyə qeyri-adi təklif  |     18:15 Zaxarova: “Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün Azərbaycanın da razılığı lazımdır”  |     13:04 Oqtay Əliyevlə vida mərasimi başa çatıb - YENİLƏNİB + CANLI YAYIM  |     10:28 “Avroviziya 2023”də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcəklər - FOTO  |    
CityNews.az » Əsas » Finlandiya polisi ölkədə Quranın yandırılmasına icazə verməyəcək

Əsas / Dünya

Finlandiya polisi ölkədə Quranın yandırılmasına icazə verməyəcək


Finlandiya polisi Quran kimi müqəddəs kitabların ictimai yerlərdə yandırılmasına icazə verməyəcəyini açıqlayıb.

Finlandiya Milli Polis İdarəsi müqəddəs kitabların yandırılmasını “cəzalandırıla bilən cinayət” kimi qiymətləndirəcək.

“Qurani-Kərimin yandırılması planlaşdırılsa idi, polis nümayişin təşkilatçısına icazə verilməyəcəyini əvvəlcədən xəbərdarlıq edərdi. Bundan əlavə, əgər bu, nümayiş zamanı və ya polisin diqqətini çəkən başqa bir vəziyyətdə baş verərsə, polis müdaxilə edəcək”, - deyə açıqlamada fikirləri yer alan Finlandiya polisi Vesa Pihayoki vurğulayıb.

Xəbərdə Finlandiya qanunvericiliyinin digər Skandinaviya ölkələrindən fərqli olaraq “dini sülhü” qoruduğu və onun pozulmasının cəzalandırıla biləcəyi bildirilib.

Danimarkanın ifrat sağçı partiya lideri Rasmus Paludan yanvarın 21-də Türkiyənin İsveçin paytaxtı Stokholmda səfirliyi qarşısında Qurani-Kərimi yandırıb, izdihamlı polisin müdafiəsi ilə keçirilən aksiya zamanı heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib.

Paludan yanvarın 27-də Danimarkada məscidin qarşısında və Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.

Mənbə: Anadolu