Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » SOCAR istiqrazlarının 5-ci kupon ödənişi edildi

Əsas / İqtisadiyyat

SOCAR istiqrazlarının 5-ci kupon ödənişi edildi


Nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının 1 milyon 125 min ABŞ dolları dəyərində növbəti kupon ödənişi 1 fevral tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

“SOCAR Capital” şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilən SOCAR istiqrazları, 2023-cü ilin 1-ci, ümumilikdə isə 5-ci faiz ödənişi olub. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 5 milyon 625 min ABŞ dollarına yüksəlib.

Tədavülə buraxıldığı son 15 ay ərzində təkrar bazar əməliyyatları həcminin 31 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 380-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruması və alqı–satqı əməliyyatlarının daim nominal qiymətin üzərində olması SOCAR istiqrazlarına yüksək tələbatın göstəricisidir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2023-cü ilin mayın 1-də baş tutacaq.

Xatırladaq ki, 5 illik tədavül müddətinin sonunda investorlara cəmi ödəniləcək qazanc məbləği 22,5 milyon ABŞ dolları təşkil edəcək.