Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Mədəniyyət » Kino » Park Cinemada "Ouşenin 8 rəfiqəsi" filminin qapalı nümayişi baş tutub.

Kino / Cəmiyyət

Park Cinemada "Ouşenin 8 rəfiqəsi" filminin qapalı nümayişi baş tutub.

Magazinews.az xəbər verir ki, 20 iyun tarixində Park Cinema və «100 Business Women of Azerbaijan» təşkilatçılığı ilə ParBulvar ticarət mərkəzində yerləşənPark Cinemada "Ouşenin 8 rəfiqəsi" filminin qapalı nümayişi baş tutmuşdur. İş qadının həyatı yalnız işgüzar görüşlər və karyerada müşahidə olunan sınaqlar yox, həmçinin dincəlmək və evə təssüratlarla dolu qayıtmağa kömək edən zəngin asudə vaxtdır. Bunu nəzərə alaraq, Park Cinema və «100 Business Women of Azerbaijan»  layihəsi xanımları çoxdandır gözlənilən "Ouşenin 8 rəfiqəsi" filminin qapalı nümayişinə dəvət etdi.  Kino gecəsinin tərəfdaşları qismində qlobal ödəniş texnologiyalarının lideri MasterCard, həmçinin Coca-Cola şirkəti, italyan restoranı Scalini, Chabiant Winery şərab evi və Cremesso qəhvə markası çıxış etdilər və onların sayəsində qonaqlar möhtəşəm furşetdən zövq aldılar. Filmin nümayişindən öncə maraqlı viktorina baş tutdu və qonaqlar viktorina zamanı əsas mükafatlar - MasterCard-dan iki ədəd Park Cinema platin kartı və İsmayıllıda möhtəşəm Shato Monolit otelində qalmaq kuponu uğrunda mübarizə apardılar. "Ouşenin 8 rəfiqəsi" filmi Corc Kluninin rol aldığı "Ouşenin 11 dostu" filminin remeykinin süjet şaxələnməsidir. Proyektin rejissoru "Favorit" və "Aclıq Oyunları" filmləri ilə tanınan Qeri Ross təyin olunmuşdur. Baş rollarda ecazkar aktrisa və müğənnilər - Sandra Bullok və Keyt Blanşettdən tutmuş Rihanna və Enn Heteuveyə kimi yer almışlar. Sandra Bullok Denni Ouşenin bacısı - Debbi Ouşenin rolunu ifa edir. O, həbsdən azad olur və böyük qarətə hazırlaşır. Ona bu işdə cazibədar xanımlar kömək edir. Qadınlardan ibarət yığmanın məqsədi Dafna Krügerin brilliyant Cartier kolyesidir və onu yalnız sahibinin boynundan Metropolitan-muzeyində baş tutan ən çox mühafizə olunan və pressa ilə işıqlandırılan Met Gala mərasimdən oğurlamaq mümkündür.  Filmin bütün baş rollarını qadınlar ifa edir və məhz onlar balı idarə edir və kişi qəhrəmanların kölgəsindən çıxır. Hər bir qəhrəmanın öz məqsədi və öz kostumu var. «Ouşenin 8 rəfiqəsi» – gözəl cinsin nümayəndələrinin özəlliklə bəyənəcəyi möhtəşəm bir filmdir.