Valyuta məzənnəsi:
22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |     11:01 Xanımı Rəşadı Nigarın bu sözünə QISQANDI - VİDEO  |     10:49 Rəsmi Bakıdan Fransaya cavab  |     10:43 Aytən Səfərovanın ərindən ilk açıqlama  |     10:20 İlham Əliyev Kayrat Sarıbayı qəbul edib  |     10:18 "Şou-biznesin özüyəm" - VİDEO  |     09:00 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldu  |     08:25 Hadı Rəcəbli vəfat etdi  |     20:34 Damla şəxsi təyyarə alıb? - VİDEO  |     20:28 "Beşiktaş" yeni başq məşqçisini tapdı: 78 yaşı var  |     19:20 Qurban Qurbanov Roberto de Dzerbini keçdi  |    
CityNews.az » Əsas » 122 saat sonra gələn ümidverici xəbərlər: 8 yaşlı Rıdvan, 70 yaşlı müəllimə və... pişik - YENİLƏNİB+FOTO/VİDEO

Əsas / Dünya

122 saat sonra gələn ümidverici xəbərlər: 8 yaşlı Rıdvan, 70 yaşlı müəllimə və... pişik - YENİLƏNİB+FOTO/VİDEO


Dəhşətli zəlzələdən sonra 122 saat dağıntılar altında qalan daha bir şəxs xilas edilib.

Diyarbəkirdə aparılan axtarış-xilasetmə işləri nəticəsində 55 yaşlı Maşallah Çiçek sağ çıxarılıb.

VIDEO:https://baku.tv/dunyaa/122-saat-sonra-55-yasli-kisi-dagintilar-altindan-sag-cixarildi

09:51

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir.  Günlər keçdikcə dağıntılar altında qalanlarla bağlı məyusluqlar artsa da, bəzən sevindirici xəbərlər insanlara yeni ümid olur.

Belə xəbərlərdən biri təbii fəlakətin episentri olan Kahramanmaraşdan gəlib. Zəlzələdən 122 saat sonra 70 yaşlı Menekşe Tabak dağıntılar altından sağ çıxarılıb. Qadın çıxarkən: “Dünya varmı?” - deyə soruşub. Xilasedicilər: “Var, xala, var”, - deyə cavab veriblər.

VIDEO:https://baku.tv/dunyaa/122-saat-sonra-dagintilar-altindan-sag-cixarildi

Zəlzələdən 116 saat sonra dağıntılar altında qalan 8 yaşlı Rıdvan Çakıroğlunun da şad xəbəri yayılıb. Balaca Rıdvan qrupların səyi nəticəsində xilas edilib. 

VIDEO:https://dai.ly/x8i6ix6

Hataydan da sevindirici xəbərlər gəlməyə davam edir. Belə ki, Hülya Bayrak adlı qadın 116 saat sonra dağıntılar altından xilas edilib.

VIDEO: https://baku.tv/dunyaa/hatayli-qadin-116-saat-sonra-dagintilar-altindan-xilas-edildi

Bundan başqa jandarm personalı ilə axtarış-xilasetmə qruplarının birgə işi nəticəsində 70 yaşlı müəllimə Günkaya 116 saat sonra Hatayda dağıntılar altından çıxarılıb. 

VIDEO: https://baku.tv/cemiyyet/70-yasli-gunkaya-muellime-116-saat-sonra-hatayda-dagintilar-altindan-cixarilib

Hatayda xilasedicilərin üzünü bir də balaca pişik güldürüb. Ev heyvanı 116 saat sonra dağıntılar altından salamat çıxarılıb. 

Mənbə: Haber Global, TRT Haber