Valyuta məzənnəsi:
23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |     23:30 "Qarabağ" Azərbaycan Kubokunun finalında!  |     18:35 Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır  |    
CityNews.az » Əsas » Bir-birinə yaxın tikilən binalar təhlükə mənbəyidir: Bakı üçün də risk var - VİDEO

Əsas / Cəmiyyət

Bir-birinə yaxın tikilən binalar təhlükə mənbəyidir: Bakı üçün də risk var - VİDEO


Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşayış binalarının, eləcə də digər təyinatlı obyektlərin təhlükəsizliyi mövzusu aktuallaşıb.

Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və tələfat bir o qədər çox olur.

Xezerxeber.az xəbər verir ki, Bakıda da, az qala, bir-birinə söykənərək inşa edilən yüzlərlə bina var.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, 2019-cu ilə qədər inşa edilmiş binaların əksəriyyəti ara məsafəsinə əməl edilmədən tikilib.

Ekspert qeyd edir ki, hətta sıxlıq əmsalı tətbiq ediləndən sonra da bir çox ərazilərdə binaların yerləşməsi ilə bağlı qaydaların kobud şəkildə pozulması müşahidə edilir.

Ramil Osmanlının sözlərinə görə, bir-birinə yaxın inşa edilən binalar təhlükəsizlik baxımından böyük risk daşıyır. Digərindən cəmi bir neçə metr aralıda inşa edilən onlarla binanın həyətində cəmi bir avtomobil keçəcək qədər məsafə qoyulur. Bu isə fəlakət anında əraziyə girişi də tamamilə bloklamış olur.

Ekspertlər hesab edirlər ki, qarşıdakı illərdə vətəndaşlar daha çox həyət evləri almağa üstünlük verəcəklər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: