Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Əsas » Britaniyalı nazir Azərbaycanın Londondakı səfirliyinə hücum edənlərin cəzalandırılacağını bildirdi

Əsas / Siyasət

Britaniyalı nazir Azərbaycanın Londondakı səfirliyinə hücum edənlərin cəzalandırılacağını bildirdi


“Londonda və Tehranda Azərbaycan səfirliklərinə hücumlar fərqli idi. Biz Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan çox narahat olduq. Mən bu gün Azərbaycanın xarici işlər nazirinə başsağlığı verdim. Biz ümid edirik ki, bunu törədən məsuliyyətə cəlb olunacaq”.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti jurnalistlərə açıqlamasında bildirib.

O, ötən il Londonda Azərbaycan səfirliyinə olan hücumdan da danışıb.

“Biz bu hücumdan çox təəssüfləndik və bu insident bizi çox narahat etdi. Britaniya məhkəmə sistemi bunu törədənləri məsuliyyətə cəlb edəcək, onlar qanunauyğun şəkildə cəzalandırılacaqlar. Çünki biz Azərbaycanla diplomatik münasibətlərimizə dəyər veririk. Azərbaycan səfiri ilə yaxşı münasibətlərimiz var, Azərbaycan hökuməti ilə də yaxşı münasibətimiz var. Bizim münasibətlərimiz geniş spektri əhatə edir”, - nazir vurğulayıb.

Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıblar. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Bu il yanvarın 27-si səhər saat 8.30 radələrində isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb. Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. Azərbaycanın İrandakı səfirliyi isə fəaliyyətini tam dayandırıb.