“Bayern” “Barselona”ya qalib gəldi - ÇL-də gecənin nəticələri
...
UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, gecənin ən prinsipial matçı İngiltərədə “Liverpul”la İspaniya “Real Madrid”i arasında baş tutub.
Görüşə ev sahibləri yaxşı başlayaraq 14 dəqiqəyə 2 top vursalar da, "Kral" klubu mersisaydlıları qol vurmağa peşman edib. İspanlar ingilislərin qapısından düz 5 top keçirərək səfər oyununda darmadağına imza atıblar - 2:5.
VIDEO:https://baku.tv/dunyaa/liverpul-real-madrid-2-5
Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya “Napoli”si Almaniyada “Ayntraxt”ın qonağı olub. Bu görüş də qonaqlar üçün uğurlu olub və ikinci hissənin böyük bir qismini say üstünlüyü ilə keçirən italyanların qələbəsilə yekunlaşıb - 0:2.
VIDEO:https://baku.tv/dunyaa/ayntraxt-napoli-0-2
Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransada PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.
00:58
Çempionlar Liqasının 1/8 finalı çərçivəsində baş tutan “Liverpul” - “Real Madrid” matçında hər iki komandanın qapıçısı kobud səhvlərlə yadda qalıb.
Əvvəlcə Kral klubunun qolkiperi Kurtua oyunun 14-cü dəqiqəsində Salahın hesabı 2:0-a çatdırmasına şərait yaradıb.
36-cı dəqiqədə isə onun “Liverpul”lu həmkarı Alisonun səhvi hesabın bərabərləşməsinə səbəb olub – 2:2.
Hazırda matçın birinci hissəsi başa çatıb. /Oxu.Az/
VIDEO:https://baku.tv/dunyaa/liverpul-real-madrid-oyununda-inanilmaz-qapici-sehvleri