Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Əsas » Türkiyədə iki qırılma xəttinin arasında diametri 37, dərinliyi 12 metr olan çuxur yarandı - FOTO/VİDEO

Əsas / Dünya

Türkiyədə iki qırılma xəttinin arasında diametri 37, dərinliyi 12 metr olan çuxur yarandı - FOTO/VİDEO


Türkiyənin Konya vilayətində Seyithacı yaylasında təxminən 1400 kvadratmetr sahədə çuxur yaranıb.

Bu barədə Konya Texniki Universitetindən professor Dr.Fətullah Arık bildirib.

Onun sözlərinə görə, 37 metr diametr, 12 metr dərinlikdə çala iki qırılma xəttinin arasında yerləşib.

Alim, həmçinin bildirib ki, ərazidə çuxurların yaranması nadir hadisə deyil, bu ərazinin cənubunda yerləşən Ekmekçi yaylasında indiyə kimi 100 çuxur yaranıb.

“Karapınarda dünən yeni çuxur əmələ gəlib. Lakin bu, ilin əvvəlindən bəri bu rayonda vətəndaşlar tərəfindən bildirilən ilk çuxurdur. Biz onu yoxlamaq üçün həmin əraziyə yollandıq. Ancaq çalaları zəlzələlərlə əlaqələndirə bilmədik, çünki təbii fəlakətdən təxminən 20 gün sonra yaranıb. Deməli, bu çuxurun nə əvvəlki böyük zəlzələlərə, nə də indiki zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Daha doğrusu, biz bunu müəyyənləşdirə bilmədik”, - deyə elm adamı bildirib.

VIDEO https://baku.tv/dunyaa/turkiyede-iki-qirilma-xettinin-arasinda-diametri-37-derinliyi-12-metr-olan-cuxur-yarandi