Valyuta məzənnəsi:
17:18 “Qəbələ”, yoxsa “Zirə”?  |     15:01 Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir  |     14:41 “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı  |     13:38 İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər  |     13:26 Nigarın dekolteli geyimi GÖZ OXŞADI - VİDEO  |     13:11 Vüqar Kərəmov azadlığa buraxıldı  |     13:03 Prezident Allahverən İsmayılovu təltif etdi  |     12:08 Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO  |     11:07 0:4 hesabı ilə uduzan yığmamızın futbolçusu: “Qələbə də qazana bilərdik”  |     10:43 Samir Abasov “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək  |     09:56 Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO  |     09:31 “Panathinaikos”da Fatih Terim qərarı  |     20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |    
CityNews.az » Əsas » Çavuşoğlu: “Öhdəliklərini yerinə yetirdiklərini görmədən İsveçin NATO üzvlüyünə “hə” deməyəcəyik”

Əsas / Dünya

Çavuşoğlu: “Öhdəliklərini yerinə yetirdiklərini görmədən İsveçin NATO üzvlüyünə “hə” deməyəcəyik”


“İsveç-Finlandiyanın NATO-ya üzvlüklə bağlı öhdəlikləri var. Bu addımları görmədən İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bəyan edib.

O bildirib ki, İsveç tərəfi terrorizmin təzahürlərinə qarşı mübarizə ilə bağlı Ankaranın narahatlığını nəzərə almalıdır. 

Çavuşoğlu Ankaranın NATO-nun Madriddə keçirilən sonuncu sammiti çərçivəsində iki Skandinaviya ölkəsi ilə müvafiq üçtərəfli memorandum imzaladığını xatırladıb və qeyd edib ki, İsveç hakimiyyəti krallığın qanunvericiliyinə düzəlişlər etsə də, terrorçuların əlaltıları bu ölkədə sərbəst fəaliyyətlərini davam etdiriblər.

“İki Skandinaviya ölkəsinin NATO-ya müraciətlərinə ayrıca baxa bilərik. Ankaranın Finlandiyanın müraciətinə münasibəti daha müsbətdir”, - deyə türkiyəli nazir bildirib.

Türkiyə XİN rəhbəri həmçinin Avropa ölkələrində anti-İslam hərəkətlərinə sanksiya verilməsini qəti şəkildə pisləyib.

“Bu cür cinayətlər dini nifrətin təzahürüdür. Dinindən asılı olmayaraq müqəddəs kitabların təhqir edilməsi küfrdür və qəbuledilməzdir. Dünya ictimaiyyəti bu cür cinayətlərə qarşı birgə mübarizə aparmalıdır”, - deyə türkiyəli nazir vurğulayıb.

Mənbə: “Anadolu” Agentliyi