Valyuta məzənnəsi:
20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |     16:48 Daha bir prospektdə velosiped yolu salınır  |     16:34 Prezident: Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik  |     16:28 İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib  |     16:01 Şəbnəm vəfat edən prodüserinin məzarı başında GÖZ YAŞI TÖKDÜ - VİDEO  |     22:31 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli oldu  |     20:44 Könül Kərimovanın oğlu ailə quracağı xanımdan DANIŞDI - VİDEO  |     20:35 Anaxanım İsmayılova erməni rəqibini məğlub edib  |     19:53 Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO  |     19:28 İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə!  |     19:15 Millimizdən iki pilləlik irəliləyiş  |     18:08 Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq  |     17:55 Birinci sinfə qəbulda bu halda imtina verilə bilər  |    
CityNews.az » Əsas » “Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”

Əsas / Siyasət

“Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”


“Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”

Xalqımızın zəngin və qədim köklərə dayanan keçmişinə nəzər saldıqda tariximizin yetişdirdiyi qüdrətli simaları görmüş olarıq. Onlar dövlətçilik, Vətən yolunda böyük siyasi fəaliyyətləri, millət uğruna çıxış etdikləri dərin  fəlsəfi xüsusiyyət və missiyaları ilə xalqın və dövlətin yaşamasında, var olmasında və gələcək inkişafında önəmli rol oynamış, əvəzsiz iz qoymuş şəxsiyyətlərdir. Onların hər biri tariximizdə dövr edən əsrlərin, qövmiyyətin davam edən bəhrəsidir. Misilsiz  tarix yazmış o böyük dühalar zaman dönsə də, əsrlər keçsə də yaddaşlarda, bütün vətənsevər qəlblərdə yaşayırlar.


Elə məhz o böyük oğulların, liderlərin, xalqın yetiştirdiyi o qüdrətli simaların misilsiz fəaliyyətlərinin nəticəsidir ki, dövlətimiz və dövlətçiliyimiz min illərdir öz varlığını qorumaqdadır. Tariximizin qüdrət sahiblərindən biri də məhz Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin xalq, millət, dövlət qarşısında rolu, xidmətləri çox böyükdür, danılmazdır. Heydər Əliyev tariximizdə şərəfli imzası ilə qalmışdır. O, xalqın yaddaşında müasir Azərbaycanımızın qoruyucusu, müstəqilliyimizin banisi, qurucu memarı və xalqın Ümummilli Lideri  olaraq yaşayır. Həm sağlığında, həm də özündən sonra ümumxalq məhəbbəti əldə etmiş Ulu Öndər,  siyasi, milli-mənəvi  irsi, miras qoyduğu ölməz təfəkkürü ilə əbədiyaşarlıq qazanmışdır. Onun milli dövlətçilik  təfəkkürü, keçdiyi ömür yolu, siyasi fəaliyyəti nəsillərə şərəf nümunəsidir. Heydər Əliyev təkcə Azərbaycanın və  azərbaycanlıların deyil, müasir dönəmdə böyük türk dünyası, türk birliyinə cığır açan nüfuzlu dövlət xadimidir.


Möhtərəm Prezidentimiz  cənab lham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi həm xalqımıza, həm də türk dünyası birliyinə böyük töhfədir. Bu Sərəncam əlbəttə ki, Ulu Öndərin əsrlərə sığmayan siyasi irsinin daha ətraflı öyrənilməsinə, şərəfli fəaliyyətinin dahageniş təbliğinə şərait yaradacaqdır. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında və müstəqil Azərbaycan dövlətinin bərpası və inkişafında müstəsna xidmətləri vardır.

O demişdir: “Bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir.” Bəli, Azərbaycan Ulu Öndərin dövlət quran atalarımızdan bizlərə mirası, gələcək nəsillərə isə müqəddəs  əmanətidir.  Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bəli, müstəqillik xalqın şərəfi, namusudur. Bu anlayışa sahib olan kəslər həmin insanlardır ki, Vətənə, millətə ən böyük, təmənnasız sevgi ilə bağlıdırlar, ona sədaqətlə xidmət göstərirlər, bəzən canları, bəzən də həyatları, xalqa həsr etdikləri ömürləri bahasına da olsa. Ulu Öndərin qeyd etdiyi kimi: “Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanılması, daimi, yəni əbədi olması bundan da çətindir.”

Heydər Əliyev xalq tərəfindən Azərbaycana günəş kimi doğan işıq, nur olaraq sevilir. O, həm də dövlətçiliyimizi dağılmaqdan qoruyan Öndər, çətin və mürəkkəb dönəmdə xalqın imdadına yetişən Lider, bütün təhlükələrə rəğmən, əzmlə  ağır sınaqlara sinə gərərək ölkəni  gün üzünə çıxaran Xilaskar olaraq sevilir, hər zaman böyük ehtiramla yad olunur. Dünya isə onu siyasi oyunlarla uçuruma doğru sürüklənən Azərbaycan adlı məmləkətin xilasedicisi, dövlətini və xalqını  zamanın dolaşıq labirintindən uzaqgörənlik və bacarıqla çıxarmağı bacaran Lider şəxsiyyət, müstəqil siyasətlə dövlət müstəqilliyini qoruyub saxlayan nüfuzlu siyasətçi, özündən sonra böyük Heydər Əliyev məktəbinin davamçısını yetişdirən, müqəddəs xilaskarlıq missiyasının ötürücüsü olaraq tanıyır. Bu şərəfli missiyanın mirasçısı isə əlbəttə ki, Ulu Öndər siyasi kursunun, onun işıqlı təfəkkürünün uğurlu varisi Müzəffər Prezidentimiz İlham Əliyevdir. Böyük siyasi bacarığı və diplomatiyası ilə dövlətimizi inkişaf etdirən, ölkədə ictimai-siyasi sabitlik yaradan İlham Əliyev, millətin fəxarət nümunəsi, Qalib sərkərdəsidir. O, xalqın və ordunun gücü, sarsılmaz birliyi sayəsində düşmən əsarətində qalan torpaqlarımızı “Dəmir Yumruq”la xilas etdi, xalqın, yurdun xilaskarına, Qalib ölkənin qüruruna, böyük türk dünyasının ümidinə çevrildi. Bu gün Ulu Öndər ideyaları yaşayır, onun siyasi irsi davam etdirilir. Azərbaycanda Heydər dühasının dərin təfəkkürünə əsaslanan milli dövlətçilik, azərbaycançılıq ideyalarına böyük sevgi və hörmət vardır. Çünki, dövlətimizin, müstəqilliyimizin qorunması, ölkəmizin inkişafı üçün ən ali məqsədlər, prinsip və vəzifələr məhz bu ideologiyaya əsaslanır.  Bu istiqamətdə aparılan işlər və uğurlu fəaliyyət nəticəsində Azərbaycan öz parlaq inkişaf dövrünü yaşayır. Buna görə də bizlər Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.


“Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.” Bəli, Ulu Öndərin bu dəyərli fikirləri hər bir Azərbaycan vətəndaşı və azərbaycanlılar üçün ən ümdə vəzifədir. Möhtərəm Prezidentimizin simasında da, daxili və xarici siyasətində, əvəzsiz fəaliyyətində də Ulu Öndərin fikirlərinə sadiqliyi, Vətənə, Xalqa sədaqəti görürük. Bu da hər bir Azərbaycan vətəndaşı, onun fəaliyyəti və yaşam tərzi üçün böyük bir stimuldur.  

Nəzakət Quluqızı;
Neftçala rayon sakini, mədəniyyət işçisi