Valyuta məzənnəsi:
20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |     16:48 Daha bir prospektdə velosiped yolu salınır  |     16:34 Prezident: Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik  |     16:28 İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib  |     16:01 Şəbnəm vəfat edən prodüserinin məzarı başında GÖZ YAŞI TÖKDÜ - VİDEO  |     22:31 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli oldu  |     20:44 Könül Kərimovanın oğlu ailə quracağı xanımdan DANIŞDI - VİDEO  |     20:35 Anaxanım İsmayılova erməni rəqibini məğlub edib  |     19:53 Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO  |     19:28 İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə!  |     19:15 Millimizdən iki pilləlik irəliləyiş  |     18:08 Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq  |     17:55 Birinci sinfə qəbulda bu halda imtina verilə bilər  |    
CityNews.az » Əsas » MN: Ermənistan Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycana qanunsuz silah daşıyır - VİDEO

Əsas / Ordu

MN: Ermənistan Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycana qanunsuz silah daşıyır - VİDEO


Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitələrinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiət edilməsi və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.

“Bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı və qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə tərksilah edilərək ərazimizdən çıxarılması təmin edilməlidir.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri mütləq şəkildə icra etməlidir.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir”, - deyə məlumatda vurğulanır.