Valyuta məzənnəsi:
22:50 Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub  |     17:45 Hərbçilərimiz Füzuli istiqamətində təxribatın qarşısını aldılar  |     17:45 Sabahın hava proqnozu açıqlanıb  |     17:22 Azərbaycan Ordusu separatçıların qanunsuz fəaliyyətinə qarşı zəruri nəzarət tədbirləri həyata keçirib  |     14:08 AVRO-2024: Fransa Niderlandı, Belçika İsveçi darmadağın edib - VİDEO  |     12:55 Suyu çəkilmiş Xəzər və quruya çıxmış balıqçı evləri - FOTOREPORTAJ  |     10:15 AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub olub  |     09:50 ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib  |     17:23 Qısametrajlı xəyanət filmi: Baş rolda sülhməramlılar - VİDEO  |     15:33 “Fənərbağça”-“Zenit” matçında türk və rusiyalı azarkeşlər arasında dava düşdü - VİDEO  |     15:05 Bayramda milyonlar qazanacaq türkiyəli məşhurların - Adları  |     14:22 Emin Mahmudov: “Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”  |     11:46 Leyla Əliyeva Ramazan ayı ilə bağlı paylaşım etdi - Foto  |     11:24 London küçələrində ilk dəfə Ramazan ayı belə qarşılandı - Fotolar  |     11:08 AVRO-2024: Seçmə mərhələyə start verildi  |     10:35 Ötən ay Azərbaycanda kafe və restoranlara 125 milyon manat xərclənib  |     10:10 Azərbaycan nefti bahalaşdı  |     18:35 Bekhemin klubundan Messiyə qeyri-adi təklif  |     18:15 Zaxarova: “Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün Azərbaycanın da razılığı lazımdır”  |     13:04 Oqtay Əliyevlə vida mərasimi başa çatıb - YENİLƏNİB + CANLI YAYIM  |    
CityNews.az » Əsas » İlham Əliyev Roma Papasını təbrik edib

Əsas / Siyasət

İlham Əliyev Roma Papasını təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.

Prezident.az-ın məlumatına görə, məktubda deyilir:

“Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub-saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin göstəricisi və Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafına verdiyimiz önəmin bariz təzahürüdür.

Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı, Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir.

Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub-saxlanmasına və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamımı ifadə edirəm.

Zati-müqəddəsləri, mən Sizin Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişaf etdirilməsində və möhkəmləndirilməsində, səmimi dialoqumuzun genişləndirilməsində xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Azərbaycandakı multikultural mühit və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkür edirəm.

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında ümumbəşəri dəyərlərin təşviqi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlıq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm”.