Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Mədəniyyət » Kino » Bakıda ilk dəfə açıq hava altında ''barbekyu-parti" keçirilib.

Kino / Cəmiyyət

Bakıda ilk dəfə açıq hava altında ''barbekyu-parti" keçirilib.


Bakıda ilk dəfə açıq hava altında "barbekyu-parti" keçirilib. Magazinews.az xəbər verir ki, Tədbir “CinemaPlus Amburan Mall” premium kinoteatrında təşkil olunmuşdur. Qonaqların qarşısında hazırlanmış təzə ət, limitsiz çaxır və soyuq pivə qonaqları gecənin sonunadək  müşaiyət edib. Gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, prodüsserlər, bloggerlər, KİV və bomond  nümayəndələri  olub. Kinoteatrda həmçinin musiqi müşaiyəti ilə bayram atmosferi təşkil olunmuşdur. DJ bütün gecəni dinamik  musiqi ilə insanları  əyləndirirdi. Tədbir 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş dramatik  ispan filmi -  “Eskobar”-ın nümayişi ilə bitmişdir.  Filmi dublyaj etmişdilər: Aqil M. Quliyev, Oksana Rəsulova, Tural Əsədov, Elşən Rüstəmov, Kazım Abdullayev, Vüsal Murtuzəliyev, Səid Nizami, Rövşən Məmmədli, Xətai Əli, Vüsal Hacıqədir, Hüsniyyə Mürvətova, Raksana Vəliyeva, Vüsal Xalıqoğlu, Nəzakət Şahbazi, Zemfira Abdulsəmədova, Müşfiq Mirzəzadə, Vüqar Hüseynov və Kamran Ağabalayev. Dublyajın baş redaktoru Xətai Əli, rejissor Rövşən Məmmədli, səs rejissoru Orxan Ağalarov və Natiq Şirəliyev, səs operatoru Vüsal Abdulhəsənov, tərcüməçi Afaq Vasifqızı, post-prodakşn supervayzer Vüqar İslamzadə, baş produser Cəfər Axundzadə. Filmin rejissoru və ssenariçisi Fernando Leon de Aranoadır. Film kolumbiyalı narkobaron Eskobar haqqında bəhs edir. Baş rollarda Xavyer Bardem, Penelopa Kruz, Piter Sarsqaard. Həmçinin, qeyd edək ki,  “CinemaPlus Amburan Mall” premium kinoteatrı kino həvəskarlar üçün 24 saat işləyəcək.  Kinoteatr Bilgəh qəsəbəsində, “Amburan Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşir. “CinemaPlus Amburan”da dünya standartlarına cavab verən 3 zal var. Zallar rahat və ispan istehsalı olan yüksək səviyyəli kreslolar ilə təchiz olunub. Bundan başqa “CinemaPlus” Amburan Mall-da  Master İmage 3D texnologiyası  da tətbiq  olunur.  “CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə  sevindirməyə  hazırdır.