Valyuta məzənnəsi:
22:50 Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub  |     17:45 Hərbçilərimiz Füzuli istiqamətində təxribatın qarşısını aldılar  |     17:45 Sabahın hava proqnozu açıqlanıb  |     17:22 Azərbaycan Ordusu separatçıların qanunsuz fəaliyyətinə qarşı zəruri nəzarət tədbirləri həyata keçirib  |     14:08 AVRO-2024: Fransa Niderlandı, Belçika İsveçi darmadağın edib - VİDEO  |     12:55 Suyu çəkilmiş Xəzər və quruya çıxmış balıqçı evləri - FOTOREPORTAJ  |     10:15 AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub olub  |     09:50 ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib  |     17:23 Qısametrajlı xəyanət filmi: Baş rolda sülhməramlılar - VİDEO  |     15:33 “Fənərbağça”-“Zenit” matçında türk və rusiyalı azarkeşlər arasında dava düşdü - VİDEO  |     15:05 Bayramda milyonlar qazanacaq türkiyəli məşhurların - Adları  |     14:22 Emin Mahmudov: “Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”  |     11:46 Leyla Əliyeva Ramazan ayı ilə bağlı paylaşım etdi - Foto  |     11:24 London küçələrində ilk dəfə Ramazan ayı belə qarşılandı - Fotolar  |     11:08 AVRO-2024: Seçmə mərhələyə start verildi  |     10:35 Ötən ay Azərbaycanda kafe və restoranlara 125 milyon manat xərclənib  |     10:10 Azərbaycan nefti bahalaşdı  |     18:35 Bekhemin klubundan Messiyə qeyri-adi təklif  |     18:15 Zaxarova: “Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün Azərbaycanın da razılığı lazımdır”  |     13:04 Oqtay Əliyevlə vida mərasimi başa çatıb - YENİLƏNİB + CANLI YAYIM  |    
CityNews.az » Əsas » “PRoMete“ 6 illik fasilədən sonra konsert verdi

Əsas / Maqazin

“PRoMete“ 6 illik fasilədən sonra konsert verdi


“PRoMete“ ləqəbi ilə şou-biznesdə məşhurlaşan rep ifaçısı Pərviz İsaqov 6 illik fasilədən sonra  konsert verib.

CITYNEWS.AZ xəbər verir ki, o, səhnəyə çıxmazdan əvvəl media nümayəndələrinə açıqlama verib.

"Konsertə xüsusi hazırlaşmışıq. Sürprizlər də var idi. Bütün mahnılar canlı səsləndirilib. Heç bir fonoqram yoxdur. Bu, mənim özüm üçün də bir yenilikdir. Repin başdan-ayağa canlı ifası isə görünməmiş bir şeydir”, - deyə PRoMete bildirib.

O, gecədə Xalq artisti Faiq Ağayevlə duetini səsləndirib. PRoMete bildirib ki, mahnı bir neçə ay sonra təqdim ediləcək. Gecədə eyni zamanda Əminə Şirin, Tomris də çıxış edib.

Konsertdə tamaşaçılarla söhbət edən ifaçı “Çox deyirdiniz ki, niyə yazmırsan, oxumursan? Bu da yeni nöqtənin başlanğıcıdır”, - deyə əlavə edib.

Onun izləməyə gələnlər arasında Xalq artisti Miri Yusif, Əməkdar artist Abbas Bağırov da yer alıb.

PRoMetenin konsertində gözlənilməz hadisə yaşanıb.Belə ki, səhnəyə gənc oğlan çıxaraq sevgilisinə sürpriz edib. O bildirib ki, sevgilisinin ad günüdür. Həmin oğlan Nərmin adlı xanıma səslənərək, onu səhnəyə çıxmağa çağırıb.

Bundan sonra oğlan cibindən üzük çıxardaraq sevgilisinin qarşısında diz çöküb və ona evlilik təklifi edib.

Cütlüyün bu sevinci zalda olan tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb. 


[media=https://youtube.com/shorts/cNj3nfJyC-o?feature=share]